Braziliya nəqliyyat və şəhərsalma siyasətlərini inteqrasiya edib
sizinxeber.az xəbər saytı

Braziliya nəqliyyat və şəhərsalma siyasətlərini inteqrasiya edib


Nəqliyyat və şəhərsalma siyasətləri inteqrasiya olunmuş şəkildə inkişaf etdirilir.

"Sizinxeber.az" xəbər verir ki, bunu Braziliyanın Şəhərlər Nazirliyinin ​Şəhər və Metropoliten İnkişafının Strukturlaşdırılması üzrə Direktoru Cristiana Scorza Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində təşkil olunmuş "Davamlı şəhər inkişafı üçün tranzityönlü inkişaf" adlı tədbirdə bildirib.

Onun sözlərinə görə, nəqliyyat sistemi, torpaqdan istifadəni və onun planlaşdırılmasını ictimai nəqliyyat infrastrukturu ilə inteqrasiya edərək, şəhərsalma siyasəti ilə mobillik siyasətinin birgə planlaşdırılması mexanizmi kimi xidmət edə bilər: "​Biz Birləşmiş İnkişaf Bankı (BID) ilə tərəfdaşlıq çərçivəsində bir nəşr hazırladıq. Bu nəşr bəzi şəhərlərin, o cümlədən Tokionun da daxil olduğu tədqiqatlara əsaslanırdı. Bu tədqiqatlar hüquqi çərçivələr üçün bir bələdçi rolunu oynayır, həmçinin bələdiyyələrimizin mütəxəssisləri və menecerlərinin BID ilə birlikdə dərc etdiyimiz bu materiallar əsasında ixtisaslaşmasına kömək edir".

"​Burada Kuritiba şəhərinə dair bir nümunəmiz var ki, bu, Kuritiba bələdiyyəsində tətbiq etdiyimiz uğurlu bir modeldir. Bu, "Yaşıl Xətt" (Linha Verde) layihəsi çərçivəsində baş tutub. Layihənin məqsədi şəhər toxuması ilə yol şəbəkəsinin kəsişməsində intensiv nəqliyyat axınından qaynaqlanan problemlərin qarşısını almaq və piyadaların təhlükəsiz hərəkətini asanlaşdırmaq idi. Bu layihədə zonalaşdırma, torpaqdan istifadə və məskunlaşmanı tənzimləyən qanun dəyişdirildi. Bu da "Yaşıl Xətt" nəqliyyat dəhlizlərinin qarışıq istifadəli xidmət zonalarına çevrilməsinə şərait yaratdı. Yəni bu, birbaşa nəqliyyata yönəlmiş şəhərsalmanın real tətbiqi idi", - deyə qonaq əlavə edib.

Oxşar xəbərlər

Braziliya rəsmisi: "Dayanıqlı şəhər inkişafı üçün yeni maliyyələşdirmə mexanizmləri tətbiq edilir"
Mərakeş rəsmisi: "Təbiətə əsaslanan həllərə ekoloji müdaxilə kimi baxılmamalıdır"
ADB Bakının minimum itkiyə əsaslanan su sistemi ilə təchiz olunması layihəsi üzərində işləyir
Rafael Vinyol: Ali təhsil müəssisələri davamlı şəhərsalma işində mühüm rol oynayır
OECD ölkələrində sosial kirayə məqsədli mənzillərin payı açıqlanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər