Tokayev və Ərdoğan Qaziantepdə Xoca Əhməd Yəsəvi adına məktəb açıblar » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
14 
may
2026
17:00
0
0
1 158
ff aaaaaaa

Tokayev və Ərdoğan Qaziantepdə Xoca Əhməd Yəsəvi adına məktəb açıblar

14 may, 2026
17:00
1 158

Tokayev və Ərdoğan Qaziantepdə Xoca Əhməd Yəsəvi adına məktəb açıblar

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan videokonfrans rejimində Türkiyənin Qaziantep vilayətində Xoca Əhməd Yasəvi adına məktəbin açılış mərasimində iştirak ediblər.

"Sizinxeber.az"un Qazaxıstan bürosu xəbər verir ki, bu barədə Akorda məlumat yayıb.

Müasir təhsil müəssisəsi Nurdağı şəhərində yerləşir və 32 ibtidai, 4 məktəbəqədər sinif üçün nəzərdə tutulub. Kompleksin ümumi sahəsi 6 min kvadratmetr təşkil edir.

Obyektin tikintisi zamanı layihə Türkiyənin qüvvədə olan təhlükəsizlik tələblərinə uyğunlaşdırılıb. Xüsusilə də, yüksək seysmik müdafiə, rütubət izolyasiyası və istiliyin qorunması sisteminə malik mühəndis həlləri tətbiq edilib.

Məktəb Kasım-Jomart Tokayevin təşəbbüsü ilə 2023-cü il fevralın 6-da baş vermiş dağıdıcı zəlzələ nəticəsində zərər çəkmiş region üçün tikilib.

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul