Putin Çində Si Cinpinlə görüşüb
sizinxeber.az xəbər saytı

Putin Çində Si Cinpinlə görüşüb


Rusiya Prezidenti Vladimir Putin Çin Sədri Si Cinpinlə danışıqlar aparacağı Pekindəki Xalq Yığıncaqları Zalına gəlib.

"Sizinxeber.az"un TASS-a istinadən məlumatına görə, Rusiya liderinin iş proqramı Tyananmen Meydanında rəsmi qarşılanma mərasimi ilə başlayıb və orada Çin Sədri tərəfindən qarşılanıb. Bundan sonra tərəflər bir-birlərinə nümayəndə heyətlərini təqdim ediblər.

Rusiya nümayəndə heyətinə Baş nazirin beş müavini, səkkiz nazir, Prezident Administrasiyasının nümayəndələri, region rəhbərləri, dövlət korporasiyalarının və iri bankların rəhbərləri, biznesmenlər daxildir. Pekinə həmçinin Mərkəzi Bankın sədri Elvira Nabiullina, Rusiya Birbaşa İnvestisiyalar Fondunun rəhbəri Kirill Dmitriyev və universitetlərin və media təşkilatlarının nümayəndələri də gəlib.

Rəsmi qarşılanma mərasimindən sonra Vladimir Putin və Si Cinpin birgə şəkil çəkdirəcəklər və danışıqlar başlayacaq.

Liderlər əvvəlcə təkbətək görüş keçirəcəklər, ardınca nümayəndə heyətlərinin iştirakı ilə geniş danışıqlar aparacaqlar. Görüşdən sonra sənədlərin imzalanması və media üçün bəyanatlar gözlənilir.

Oxşar xəbərlər

Vladimir Putin Si Cinpinlə danışıqlar aparacaq
Pekində Si Cinpin və Tramp arasında görüş başa çatıb - YENİLƏNİB
Si Cinpin və Tramp Pekində danışıqlara başlayıblar
Putin və Si Cinpinin danışıqları 7 saatdan çox davam edib
Putin İstanbula getməyəcək, nümayəndə heyətinin siyahısı məlum olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər