Rusiya səfiri Ukraynaya hücumlarla bağlı Macarıstan XİN-ə çağırılıb
Rusiyanın Budapeştdəki səfiri ölkəsinin Silahlı Qüvvələrinin Ukraynanın qərbinə zərbəsindən sonra Macarıstan Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.
"Sizinxeber.az"un HVG-yə istinadən məlumatına görə, bu barədə Macarıstanın Baş naziri Peter Madyar bildirib.
"Macarıstan hökuməti Zakarpatiyadakı pilotsuz təyyarə hücumunu qətiyyətlə pisləyir. Macarıstanın xarici işlər naziri Anita Orban Rusiya səfirini Xarici İşlər Nazirliyinə çağırıb", - o deyib.
Daha əvvəl Rusiya Silahlı Qüvvələrinin Ukraynanın qərb bölgələrinə kütləvi hava hücumu təşkil etdiyi bildirilib. Hücum zamanı Volınsk və Zakarpatiya bölgələrində yaşayış binalarına və vacib infrastruktura zərbələr endirilib.
Ukrayna lideri Volodimir Zelenski bildirib ki, Rusiya 800-dən çox pilotsuz təyyarədən istifadə edərək ölkəsinə ən uzunmüddətli hava hücumlarından birini həyata keçirib.
Oxşar xəbərlər
Macarıstan səfiri Ukrayna XİN-ə çağırılıb
Orban Macarıstan XİN-ə rəhbərlik edəcək
Ukrayna Macarıstanın vasitəçiliyindən imtina edir
Peter Madyar: Macarıstan Rusiya nefti almağa davam edəcək
Macarıstan XİN Xorvatiya səfirini müdafiə nazirinin təhqiramiz bəyanatlarına görə nazirliyə çağırıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
