Rusiya MN: Ukraynanın son sutkada 780 PUA-sı vurulub
sizinxeber.az xəbər saytı

Rusiya MN: Ukraynanın son sutkada 780 PUA-sı vurulub


Rusiya Hava Hücumundan Müdafiə Sistemləri son 24 saat ərzində Ukraynanın 780 pilotsuz uçuş aparatını və dörd idarə olunan aviasiya bombasını vurub.

APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Rusiya qüvvələri Ukraynanın yanacaq və enerji infrastrukturu obyektlərinə, sursat anbarlarına, PUA yığımı zavodlarına və uzaqmənzilli dronların saxlanma yerlərinə zərbələr endirib.

Rusiya MN Ukrayna ordusunun son 24 saat ərzində itkilərinin təxminən 990 nəfər təşkil etdiyini iddia edib.

Bundan əlavə bildirilib ki, Ukrayna Silahlı Qüvvələri həmçinin bir “Leopard” tankını, bir “Gepard” özüyeriyən zenit qurğusunu və iki Amerika istehsalı olan “Paladin” özüyeriyən artilleriya qurğusunu itirib.

Oxşar xəbərlər

Rusiya son bir gündə Britaniya istehsalı olan 2 raketi vurub
Rusiya ordusu Ukraynanın qaz və enerji infrastrukturuna zərbə endirib
Rusiya gün ərzində Ukraynanın 137 PUA-sını vurub
Tatarıstan üzərində Ukrayna PUA-sı vurulub
Rusiya bir həftədə Ukraynanın 2331 pilotsuz uçuş aparatını vurub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər