Federiko Valverde zədəsini sağaldaraq "Real"ın məşqlərinə qoşulub
sizinxeber.az xəbər saytı

Federiko Valverde zədəsini sağaldaraq "Real"ın məşqlərinə qoşulub


İspaniyanın "Real" klubunun yarımmüdafiəçisi Federiko Valverde zədəsini sağaldaraq komanda ilə məşqlərə qoşulub.

"Sizinxeber.az" klubun rəsmi saytına istinadən xəbər verir ki, 27 yaşlı uruqvaylı futbolçunun hazırlıq prosesindən fotoları paylaşılıb.

Yarımmüdafiəçi məşq zamanı komanda yoldaşı Orelyen Çuameni ilə mübarizədə zədələnmişdi. Bu səbəbdən iki həftə yaşıl meydanlardan uzaq qalan oyunçu La Liqada "Barselona" (0:2) və "Ovyedo" (2:0) ilə matçları buraxmışdı.

Valverde 2025/2026 mövsümündə bütün turnirlərdə 48 matçda iştirak edib, 9 qol və 13 məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, "Real" 80 xalla İspaniya çempionatının turnir cədvəlində ikinci pillədə qərarlaşıb.

Oxşar xəbərlər

Valverde Çuameni ilə dava etməsi barədə məlumatı təkzib edib
Valverde Çuameni ilə dava barədə məlumatı təkzib edib
"Real" Valverde və Çuamenini məşqdəki insidentə görə cərimələyib
Federiko Valverdenin "Real"dakı kapitanlıq sarğısı əlindən alına bilər
Valverde və Çuameni barışdı: "Real Madrid"dən sərt qərar

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər