Umayra Tağıyeva: Bakıda ağacların uçotu sistemi tətbiq edilib
sizinxeber.az xəbər saytı

Umayra Tağıyeva: Bakıda ağacların uçotu sistemi tətbiq edilib


Yaşıl infrastruktur şəhərin həddindən artıq isinməsinin azaldılması, çirkləndirici maddələrin udulması və həyat keyfiyyətinin yüksəldilməsində mühüm rol oynayır.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə Azərbaycanın ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva Bakıda WUF13 çərçivəsində keçirilən tədbirdə bildirib.

O bildirib ki, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi Leyla Əliyevanın təşəbbüsü ilə Bakıda ağacların qeydiyyatı və nömrələnməsi üzrə irimiqyaslı layihələr həyata keçirilir.

Onun sözlərinə görə, layihələr nazirliklər, icra strukturları və bələdiyyələr tərəfindən birgə həyata keçirilir.

Qeyd olunur ki, bu cür uçot sistemi təkcə hər bir ağacın vəziyyətinə nəzarət etməyə deyil, həm də şəhər ərazisinin gələcək yaşıllaşdırılmasını səmərəli şəkildə planlaşdırmağa imkan verir.

Oxşar xəbərlər

Umayra Tağıyeva: İqlim dəyişikliyi məsələsi Azərbaycan üçün prioritetdir
Umayra Tağıyeva: Azərbaycan İqlim Dəyişikliyi və Şəhərlər üzrə Xüsusi Hesabatla bağlı qərarın hazırlanmasında fəal iştirak edib
Umayra Tağıyeva: "Qlobal urbanizasiya iqlim risklərini dərinləşdirir"
Umayra Tağıyeva: "Çaylarımızda sululuq artıb"
Umayra Tağıyeva: "İstilik dalğaları Bakıda 1990-cı illərlə müqayisədə 14 dəfə artıb"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər