Növbəti köç karvanı Xocalıya çatıb - YENİLƏNİB
Xocalı rayonunun Badara, Təzəbinə, Xanyurdu, Xanabad, Ballıca və Daşbulaq kəndlərinə yola salınan köç karvanları Xocalı şəhərinə çatıb.
"Report"un Xocalıya ezam olunan əməkdaşı xəbər verir ki, ailələri burada Xankıəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentinin xüsusi nümyəndəliyi, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və Xankıəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və idarəetmə xidmətini əməkdaşları qarşılayıblar.
Xocalı rayonunun Badara, Təzəbinə, Xanyurdu, Xanabad, Ballıca və Daşbulaq kəndlərinə növbəti köç karvanları yola salınıb.
"Report"un Qarabağ bürosunun məlumatına görə, köç edənlər ölkənin müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Bu mərhələdə Badaraya 10 (33 nəfər), Təzəbinəyə 10 (60 nəfər), Xanabada 9 (33 nəfər), Ballıcaya 4 (22 nəfər), Xanyurduna 4 (18 nəfər), Daşbulaq kəndinə isə 4 ailənin (13 nəfər) daimi qayıdışı təmin edilib.
Oxşar xəbərlər
Xocalının 6 kəndinə ümumilikdə daha 41 ailə yola salınıb
Xocalının Badara, Xanabad, Təzəbinə və Xanyurdu kəndlərinə daha 33 ailə yola salınıb
Xocalının dörd kəndinə qayıdan ailələrə evlərinin açarları təqdim edilib - YENİLƏNİB-2
Ağdərə və Xocalı rayonlarına növbəti köç karvanları yola salınıb
Xocalı rayonunun Xanyurdu və Təzəbinə kəndlərinə ilk köç karvanı yola salınıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
