Si Cinpin: Çin və Cənubi Koreya azad ticarəti birgə qorumalıdırlar
Çin və Cənubi Koreya birgə strateji etimadı gücləndirməli, azad ticarəti qorumalı və qlobal təchizat zəncirlərinin fasiləsiz işləməsini təmin etməlidir.
"Sizinxeber.az" TASS-a istinadən xəbər verir ki, bu barədə Çin Sədri Si Cinpin Koreya Respublikasının Prezidenti Li Çje Myon ilə telefon danışığı zamanı bildirib.
"Bütün səviyyələrdə və bütün sahələrdə mübadilələri gücləndirmək, strateji etimadı dərinləşdirmək, ikitərəfli əməkdaşlığı sıx əlaqələndirmək, çoxtərəfliliyi və azad ticarəti birgə müdafiə etmək, qlobal və regional istehsal təchizat zəncirlərinin sabitliyini, eləcə də fasiləsizliyini təmin etmək lazımdır", - Çin Lideri bildirib.
Si Cinpin, həmçinin humanitar mübadilələrin gücləndirilməsinin, iki ölkənin əsas maraqlarına hörmət edilməsinin, eləcə də strateji tərəfdaşlıq münasibətlərinin daha yüksək səviyyəyə çatdırılmasının vacibliyini vurğulayıb.
Oxşar xəbərlər
Si Cinpin: Çin Şimali Koreya ilə strateji anlaşmanı dərinləşdirməyə hazırdır
Si Cinpin: Çin və Azərbaycan hərtərəfli strateji tərəfdaşlığın yaradılmasını elan ediblər
Çin XİN: Pekin və Paris azad ticarəti birgə müdafiə etməlidir
Aİ və Cənubi Koreya təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlığı razılaşdırıblar
Si Cinpin: Çin və Azərbaycan əməkdaşlığın yeni səhifəsini açmalıdırlar
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













