Bakıda TDT-yə üzv ölkələrin mərkəzi bankları Şurasının iclası keçiriləcək
Bakıda 4-5 iyun tarixlərində “Türk Dövlətləri Təşkilatına üzv ölkələrin mərkəzi (milli) banklarının Şurası”nın növbəti toplantısı keçiriləcək.
"APA-Economics" bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.
Məlumata görə, bununla əlaqədar olaraq Şuranın üzvü olan Qazaxıstan, Qırğız Respublikası, Özbəkistan və Türkiyə mərkəzi banklarının, həmçinin müşahidəçi qismində Macarıstan və Şimali Kipr Türk Respublikası mərkəzi banklarının rəhbər heyətləri ölkəmizə səfər edəcək. Toplantıda Türk Dövlətləri Təşkilatının Baş katibinin də iştirakı nəzərdə tutulub.
Toplantı təmsil olunan ölkələrin mərkəzi banklarının qlobal çağırışlar müstəvisində makroiqtisadi və maliyyə sabitliyinin təmin olunması, monetar siyasətin ötürücülüyünün təkmilləşdirilməsi, həmçinin rəqəmsal transformasiya dövründə maliyyə texnologiyalarının inkişafı istiqamətində üzləşdiyi çağırışlar və yeni imkanlarla bağlı məsələlərin müzakirəsi üçün effektiv platforma olacaq. Belə ki, toplantı çərçivəsində “Mərkəzi bankların ortamüddətli dövrdə qlobal və regional risklərə qarşı monetar və maliyyə siyasəti tədbirləri” və “Maliyyə texnologiyaları daxil olmaqla rəqəmsal maliyyə ekosistemlərinin inkişafı” mövzuları ətrafında təqdimatlar keçiriləcək və müzakirələr aparılacaq.
Xatırladaq ki, 2024-cü ildə təsis edilmiş Şuranın ilk toplantısı ötən il Qazaxıstanın Astana şəhərində keçirilib. Məsləhətçi və məşvərətçi orqan funksiyasını daşıyan Şuranın əsas məqsədi monetar siyasət, maliyyə sabitliyi, ödəniş sistemləri, maliyyə texnologiyaları və digər qarşılıqlı maraq kəsb edən sahələr üzrə əməkdaşlığın gücləndirilməsi, birgə məsləhətləşmələrin və tədqiqat işlərinin təşviq edilməsidir.
Oxşar xəbərlər
Bakıda TDT ölkələrinin mərkəzi banklarının Şurasının növbəti toplantısı keçiriləcək
TDT-yə üzv ölkələrin Mərkəzi Banklarının Şurası yaradılıb
Mərkəzi Bank “Türk Yaşıl Maliyyə Şurası”na üzv olub
TDT-yə üzv ölkələrin ali seçki qurumlarının Məşvərət Platforması təsis ediləcək
Bakıda TDT-yə üzv olan ölkələrin nümayəndələrinin iştirakı ilə panel keçirilir - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Metro və avtobus sərnişinlərinə ŞAD XƏBƏR
-
XİN: Azərbaycan-Ermənistan normallaşma və sülh prosesi müzakirə olunub – YENİLƏNİB
-
SOCAR ilə "SLB" arasında əməkdaşlığın inkişafı müzakirə olunub
-
SOCAR beynəlxalq iştirakını genişləndirir və "upstream" layihələri üzrə strategiyasını transformasiya edir
-
Türkiyə Sudanda sülh üçün səylərini davam etdirəcək
-
SOCAR ilə "Chevron" birgə layihələrin həyata keçirilməsi imkanlarını müzakirə ediblər
