İran parlament komissiyasının sədri: Regional və qlobal əməkdaşlığın gücləndirilməsi XİN-in gündəliyindədir
sizinxeber.az xəbər saytı

İran parlament komissiyasının sədri: Regional və qlobal əməkdaşlığın gücləndirilməsi XİN-in gündəliyindədir


Xarici siyasət yalnız nüvə danışıqları ilə məhdudlaşmır, regional və qlobal əməkdaşlığın gücləndirilməsi diplomatik aparatın gündəliyindədir.

“Report” xəbər verir ki, bunu İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədri Abbas Qolru “Mehr” agentliyinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, diplomatiya və xarici siyasət sahəsi əlahiddə deyil: “Bu baxımdan, ali rəhbər (ayətullah Seyid Əli Xaməneini nəzərdə tutur-red.) bildirib ki, Oman danışıqları diplomatik aparatın onlarla vəzifə və iş istiqamətlərindən biridir”.

A.Qolru Prezident Məsud Pezeşkianın və xarici işlər naziri Abbas Əraqçinin son səfərlərini nəzərdə tutaraq qeyd edib ki, qonşular və region ölkələrlə əlaqələr də çox vacibdir.

Onun fikrincə, ABŞ ilə birbaşa olmayan nüvə danışıqları İran diplomatları tərəfindən həyata keçirilən çoxsaylı fəaliyyət istiqamətlərdən biridir: “Rəsmilərimiz bu danışıqları başqa ölkələrlə kommunikasiyaların irəliləməsi ilə yanaşı aparırlar".

Komissiya sədri vurğulayıb ki, ikitərəfli, çoxtərəfli memorandumların, sazişlərin imzalanması, xüsusilə ticarət və iqtisadi sahədə, xarici valyuta əldə etmək baxımından bizim üçün böyük əhəmiyyət kəsb edir.

O, İran İslam Respublikasının qonşularla əlaqələrinin gücləndirilməsinin regionun inkişafına və tərəqqisinə, anlaşılmazlıqların aradan qaldırılmasına, mübahisələrin həllinə, regionda sülh və sabitliyin əldə olunmasına gətirib çıxaracağına ümidvar olduğunu bildirib.

Oxşar xəbərlər

İran XİN rəhbəri: Oman danışıqları zamanı ABŞ-nin niyyətinin ciddiliyinə şahid olduq
İran parlamentinin sabiq komissiya üzvü: Ölkəmizin nüvə maraqlarını Rusiyaya qurban verdik
İran XİN: ABŞ ilə nüvə proqramı üzrə danışıqları davam etdirməyə hazırıq
ABŞ İranın nüvə danışıqları təklifini nəzərdən keçirir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər