Tramp İranla razılaşmaları Vensin imzalayacağını təsdiqləyib
sizinxeber.az xəbər saytı

Tramp İranla razılaşmaları Vensin imzalayacağını təsdiqləyib


ABŞ Prezidenti Donald Tramp vitse-prezident Cey Di Vensin iyunun 19-da Avropada İranla razılaşmaları imzalayacağını təsdiqləyib.

Sizinxeber.az xəbər verir ki, Tramp G7 sammiti çərçivəsində Fransa Prezidenti Emmanuel Makronla görüşdən sonra jurnalistlərə açıqlamasında özünün də mərasimdə iştirakını istisna etməyib.

“Bu, hadisələrin inkişafından asılıdır. Vens ora gedəcək. Əvvəldən bunun onun tərəfindən edilməsi nəzərdə tutulurdu. Mən yəqin ki, həmin vaxta qədər Avropadan ayrılacağam. Ola bilsin, mən də prosesə cəlb olum, ola bilsin, yox”, - deyə Tramp bildirib.

ABŞ lideri əlavə edib ki, razılaşmanın mətni yaxın vaxtlarda dərc olunacaq.

Oxşar xəbərlər

Tramp İranla bağlı razılaşmaları region liderləri ilə müzakirə edib
Tramp ABŞ və İran arasında razılaşmalar imzalandığını təsdiq edib
Tramp: İyunun 19-da Hörmüz boğazı tam açılacaq
Tramp: ABŞ və İran müharibənin başa çatdırılması ilə bağlı razılığa gəlib, sənəd həftəsonu Avropada imzalana bilər
Tramp: ABŞ və İran müharibənin başa çatdırılması ilə bağlı razılığa gəlib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər