KİV ABŞ və İran arasında imzalanacaq memorandumun təfərrüatlarını açıqlayıb
ABŞ və İran arasında memorandumun imzalanması 14 iyunda virtual olaraq baş tutacaq. Bu, atəşkəsin daha 60 gün uzadılmasını nəzərdə tutur.
"Sizinxeber.az" xəbər verir ki, bu barədə "Axios" portalı öz mənbələrinə istinadən məlumat yayıb.
Qeyd olunub ki, Pakistan və Qətər də virtual görüşə vasitəçi kimi qatılacaqlar.
Sənəddə Hörmüz boğazının açılması və Tehranın nüvə proqramı ilə bağlı danışıqların başlanması nəzərdə tutulur. Portal mənbələrinin qeyd etdiyi kimi, imzalanmanın virtual formatda keçirilməsi qərarı logistik səbəblərdən verilib.
Əsas amil ondan ibarət idi ki, əgər üzbəüz görüş olsaydı, Amerika danışıqlar qrupuna rəhbərlik edən ABŞ vitse-prezidenti Cey. Di. Vens prezident Donald Trampın bazar ertəsi səhər qatılmağı planlaşdırdığı G7 sammitinə getməzdən əvvəl vətənə qayıtmağa vaxtı olmazdı.
Bu arada "BFMTV" bildirib ki, ABŞ və İranın yüksək səviyyəli nümayəndələri gələn həftə İsveçrədə görüşə bilərlər. Qeyd olunub ki, Pakistanın xarici işlər naziri İshaq Dar görüşə hazırlaşmaq üçün tezliklə İsveçrəyə səfər etməyi planlaşdırır. Qarşıdan gələn danışıqların gündəliyi dəqiqləşdirilməyib.
Tramp əvvəllər sazişin 14 iyunda imzalanacağını bildirmişdi.
Bu arada, İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai ABŞ ilə münaqişənin həlli ilə bağlı memorandumun imzalanmasının 14 iyunda baş tutmayacağını bildirsə də, bunun yaxın günlərdə olma ehtimalını istisna etməyib.
Oxşar xəbərlər
Axios: ABŞ və İran iyunun 14-də virtual formatda memorandum imzalayacaq
"Axios": İranın yeni təklifi Hörmüz boğazının açılmasını nəzərdə tutur
ABŞ və İran nümayəndələri gələn həftə İsveçrədə görüşə bilər
"Axios": İran ABŞ-yə Hörmüz boğazının açılmasını nəzərdə tutan yeni təklif göndərib
İran XİN: ABŞ-la danışıqların altıncı raundu iyunun 15-də baş tutacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp ABŞ millisinə DÇ-2026 öncəsi uğurlar arzulayıb
-
DÇ-2026: ABŞ - Paraqvay oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-6
-
DÇ-26: ABŞ 4 qol vuraraq 3 xalı qazanıb
-
"Reuters": BƏƏ İranın dondurulmuş səhmlərinin bir hissəsini aktivləşdirib
-
Alina Xələfova: "Miniboss Biznes Məktəbi"nin məzunları ailə bizneslərini idarə etməyə hazırdır
-
Britaniya Rusiya xam neftindən istehsal olunan dizel və kerosin idxalını qadağan edəcək
