ABŞ, Fransa və Yunanıstan hərbçiləri Ermənistana səfər edəcək
sizinxeber.az xəbər saytı

ABŞ, Fransa və Yunanıstan hərbçiləri Ermənistana səfər edəcək


Ermənistan iyunun 17-dən 25-dək öz ərazisində ABŞ ilə birgə illik "Eagle Partner" (Qartal Tərəfdaşı – Qeyd) hərbi təlimlərinə ev sahibliyi edəcək.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

Təlimlər beynəlxalq sülhməramlı missiyalarda iştiraka hazırlıq çərçivəsində keçiriləcək.

Qeyd olunub ki, təlimlərdə Ermənistan Silahlı Qüvvələrinin sülhməramlı briqadasının (250 iştirakçı), ABŞ-ın Avropa və Afrikadakı ordusunun və Kanzas Milli Qvardiyasının (58 iştirakçı), Fransanın (24 iştirakçı) və Yunanıstanın (11 iştirakçı) da hərbçiləri iştirak edəcək.

Hərbi təlimlərdə sülhməramlı vəzifələr hazırlanacaq və həyata keçiriləcək. Təlimin məqsədi əməliyyatlar çərçivəsində beynəlxalq sülhməramlı missiyalarda iştirak edən bölmələrin qarşılıqlı fəaliyyət səviyyəsinin artırılması, komandanlıq, nəzarət və taktiki rabitə sahəsində ən yaxşı təcrübələrin mübadiləsi, eləcə də Ermənistan Silahlı Qüvvələrinin sülhməramlı bölməsinin döyüş hazırlığının gücləndirilməsidir.

Oxşar xəbərlər

Ermənistan-Amerika birgə hərbi təlimləri avqustun 12-də başlayacaq
Amerikalı hərbçilər ABŞ-Ermənistan birgə təlimləri çərçivəsində İrəvana gediblər
ABŞ erməni əsgərlərə hazırlıq keçdi
ABŞ və Ermənistan arasında “EAGLE PARTNER 2025” hərbi təlimləri başlayıb
Polşada keçiriləcək təlimlərdə 34 minə yaxın NATO hərbçisi iştirak edəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər