Netanyahu: İranın nüvə silahı olmayacaq
sizinxeber.az xəbər saytı

Netanyahu: İranın nüvə silahı olmayacaq


İsrailin Baş naziri Benyamin Netanyahu bildirib ki, İran tərəfindən gələn birbaşa nüvə təhdidinin aradan qaldırılması Vaşinqton və Təl-Əvivin hərbi əməliyyatının mühüm nailiyyətidir, lakin mübarizə hələ başa çatmayıb.

"Sizinxeber.az" "The Times of Israel" nəşrinə istinadən xəbər verir ki, o bu barədə mətbuat konfransında deyib.

"Biz İsrail tarixində ən böyük hücum əməliyyatını həyata keçirdik. Biz nüvə alimlərinə zərbələr endirdik, (İran - red.) liderlərini aradan götürdük..., nüvə obyektlərini dağıtdıq, raketləri və onların istehsalı üzrə zavodların böyük əksəriyyətini məhv etdik. Biz İran iqtisadiyyatına nəhəng ziyan vurduq - bəziləri bunu yüz milyardlarla dollar, bəziləri isə hətta bir trilyon dollar dəyərində qiymətləndirir", - o deyib.

İsrail əhalisi və siyasətçiləri arasında İrana qarşı müharibənin başa çatması ilə bağlı narazılığı şərh edən Netanyahu bir daha bildirib ki, İranın nüvə silahı əldə etməsinə yol verməmək onun bütün həyatının missiyasıdır.

"Razılaşma ilə və ya razılaşma olmadan İranın nə bu gün, nə də sabah nüvə silahı olmayacaq. Nə qədər ki, mən İsrailin baş naziriyəm, bu baş verməyəcək", - o vurğulayıb.

Netanyahu İran tərəfindən gələn nüvə təhdidinin birbaşa təhlükə yaratdığı və İsrailin ABŞ ilə birlikdə bunu aradan qaldıra bildiyi barədə iddiasını təkrarlayıb: "Biz İsrail əhalisinin məhv edilməsi təhlükəsini uzun illər üçün aradan qaldırdıq. Biz bunu etdik. Biz İsraili məhv olmaqdan xilas etdik".

Bununla belə, o əlavə edib ki, mübarizə hələ başa çatmayıb: "Biz ayıq-sayıq olmağa davam etməli, gücümüzü, qətiyyətimizi qorumalı və nə qədər lazımdırsa, özümüzü müdafiə etməliyik. Bu yalnız İrana aid deyil".

Netanyahu İsrailin regionda iranyönümlü qüvvələrə, eləcə də Qəzza, Livan, Suriya, Yəmən və İordan çayının Qərb sahilindəki qruplaşmalara qarşı mübarizəni davam etdirəcəyini bildirib. O əlavə edib ki, İsrail ordusu Qəzza, Livan və Suriyada yaradılmış təhlükəsizlik zonalarında mövcudluğunu qoruyacaq.

Oxşar xəbərlər

Netanyahu: Baş nazir olduğum müddətcə İranın nüvə silahı olmayacaq
Netanyahu: İsrail olmasaydı, İran 10 il əvvəl nüvə silahı əldə edərdi
İsrail və ABŞ İranın nüvə silahına malik olmaması ilə bağlı razılığa gəliblər
Netanyahu: İrana qarşı əməliyyat hələ başa çatmayıb
Netanyahu: İranla razılaşma onu uranı zənginləşdirmək imkanından məhrum etməlidir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər