Ərdoğan BMT baş katibi ilə regionu müzakirə edib
sizinxeber.az xəbər saytı

Ərdoğan BMT baş katibi ilə regionu müzakirə edib


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT-nin Baş katibi Antonio Quterreşlə telefon danışığı aparıb.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

Məlumata görə, söhbət zamanı regional və qlobal proseslər müzakirə olunub.

Ərdoğan bildirib ki, Türkiyə İran, Qəzza və Somali başda olmaqla müxtəlif regionlarda sülhün və sabitliyin təmin olunması istiqamətində səylərini davam etdirir.

Türkiyə lideri ABŞ ilə İran arasında mövcud problemlərin diplomatik yollarla həlli imkanlarından maksimum istifadə edilməsinin vacibliyini vurğulayıb və qeyd edib ki, bu prosesin pozulmaması üçün beynəlxalq ictimaiyyət üzərinə düşən məsuliyyəti yerinə yetirməlidir.

Ərdoğan həmçinin BMT missiyalarının Suriyadakı fəaliyyətinin effektiv şəkildə davam etdirilməsinin əhəmiyyətini qeyd edib və Türkiyənin bu istiqamətdə dəstəyini davam etdirəcəyini bildirib.

Telefon danışığı zamanı Kipr, eləcə də Qəzza və Livandakı vəziyyət müzakirə olub.

Oxşar xəbərlər

Ərdoğan Makronla regional və qlobal məsələləri müzakirə edib
Ərdoğan Qətər əmiri ilə regional və qlobal məsələləri müzakirə edib
Ərdoğan: Rusiya-Ukrayna müharibəsinin sona çatması üçün dönüş əldə edilib
Ərdoğan və Putin Ukrayna məsələsini müzakirə ediblər
Ərdoğan və Şərif ABŞ ilə İran arasında atəşkəsin əldə olunmasını müzakirə edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər