Orduda Milli Qurtuluş Günü münasibətilə silsilə tədbirlər keçirilib
sizinxeber.az xəbər saytı

Orduda Milli Qurtuluş Günü münasibətilə silsilə tədbirlər keçirilib


Azərbaycan Ordusunda 15 İyun - Milli Qurtuluş Günü münasibəti ilə silsilə tədbirlər keçirilib.

Bu barədə "Report"a Müdafiə Nazirliyindən məlumat verilib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirlər çərçivəsində hərbi qulluqçular ölkə ərazisindəki Heydər Əliyev mərkəzlərini, muzeyləri və abidələri ziyarət edib, xalqımızın Ümummilli Liderinin şərəfli həyat yolu və fəaliyyətindən bəhs edən filmləri izləyiblər. Həmçinin onlarla tariximizə qızıl hərflərlə yazılmış 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş maarifləndirici söhbətlər aparılıb, şəxsi heyət üçün müxtəlif mədəni-kütləvi tədbirlər təşkil olunub.

Çıxışlarda bildirilib ki, Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı Azərbaycanın inkişafında yeni mərhələnin başlanğıcı olub. Qeyd edilib ki, Ulu Öndərin dövlətçilik ideyaları və ölkənin tərəqqisinə yönəlmiş siyasi kursu hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Tədbirlər zamanı Vətən müharibəsində əldə olunan tarixi Qələbənin, eləcə də Qarabağ iqtisadi rayonunda həyata keçirilmiş antiterror əməliyyatından sonra ərazi bütövlüyünün tam bərpa edilməsinin tarixi əhəmiyyətindən danışılıb.

Sonra xidmətdə fərqlənən hərbi qulluqçular fəxri fərmanlarla təltif ediliblər.

Tədbirlərin bədii hissəsində şəxsi heyətə Milli Qurtuluş gününü və vətənpərvərliyi tərənnüm edən rəngarəng konsert proqramları təqdim olunub.

Orduda Milli Qurtuluş Günü münasibətilə silsilə tədbirlər keçirilib

Orduda Milli Qurtuluş Günü münasibətilə silsilə tədbirlər keçirilib

Oxşar xəbərlər

Azərbaycan Ordusunda Milli Qurtuluş Günü münasibətilə silsilə tədbirlər keçirilib
Müstəqilliyin Bərpası Günü münasibətilə Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib
XİN: Heydər Əliyevin qayıdışı dövlət müstəqilliyinin möhkəmləndirilməsinin təməlini qoyub
XİN Milli Qurtuluş Günü münasibətilə Azərbaycan xalqını təbrik edib
Əli Əsədov Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər