Tsitsi Biçikaşvili: Musiqi Azərbaycan və Gürcüstan xalqlarının dostluğunu daha da möhkəmləndirir
sizinxeber.az xəbər saytı

Tsitsi Biçikaşvili: Musiqi Azərbaycan və Gürcüstan xalqlarının dostluğunu daha da möhkəmləndirir


"Tbilisidə Azərbaycanın Milli Qurtuluş Gününə həsr olunmuş konsert iki qardaş xalq arasında dostluğun növbəti nümunəsinə çevrilib. Musiqi Azərbaycan və Gürcüstan xalqlarının dostluğunu daha da möhkəmləndirir".

"Sizinxeber.az"un Gürcüstan bürosunun məlumatına görə, bunu Gürcü folkloru və klassik musiqisinin inkişafı üzrə "Harmoniya" Birliyinin təsisçisi Tsitsi Biçikaşvili bildirib.

Onun sözlərinə görə, Tbilisi Dövlət Konservatoriyasında keçirilən konsertdə Azərbaycan və Gürcüstanın musiqi məktəblərinin şagirdləri iştirak ediblər. Gürcüstan tərəfdən isə Evgeni Mikeladze adına Mərkəzi Musiqi Məktəbinin üç yetirməsi səhnəyə çıxıb.

"Bütün uşaqlar çox uğurla çıxış ediblər. Onlara gələcək həyat yollarında uğurlar arzulayıram. İstərdim ki, belə görüşlər daha tez-tez təşkil olunsun. Bu konsert iki qardaş ölkənin xalqları arasındakı dostluğa həsr olunub", – Biçikaşvili vurğulayıb.

O, rəhbərlik etdiyi təşkilatın 2014-cü ildən etibarən Azərbaycanın müxtəlif musiqi məktəbləri ilə sıx əməkdaşlıq etdiyini bildirib:

"Azərbaycan Mədəniyyət Nazirliyi, eləcə də Azərbaycan Musiqi Akademiyasının rəhbərliyi ilə bizi uzun illərə söykənən dostluq münasibətləri bağlayır. Ümid edirəm ki, gələcəkdə də bu əlaqələr davam edəcək və əməkdaşlığımız hər iki tərəfə yalnız fayda gətirəcək".

Oxşar xəbərlər

Azərbaycanın gənc ifaçıları Tbilisidə konsert proqramı ilə çıxış ediblər
Gürcüstanın Müstəqillik Günü münasibətilə Bakıda qala konsert keçirilib
XIV Qəbələ Beynəlxalq Musiqi Festivalı başa çatıb
Aşıq Molla Cüməyə həsr olunmuş "Musiqi kimliyimiz" layihəsi davam edir
Xankəndidə Zəfər Gününə həsr olunmuş konsert proqramı keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər