Tramp: ABŞ İranla münaqişənin nizamlanmasından sonra diqqəti Ukraynaya yönəldə bilər
sizinxeber.az xəbər saytı

Tramp: ABŞ İranla münaqişənin nizamlanmasından sonra diqqəti Ukraynaya yönəldə bilər


Vaşinqton administrasiyası ABŞ və İran arasında müharibənin başa çatmasına dair razılaşmanın əldə olunması fonunda diqqətini Rusiya-Ukrayna münaqişəsinin nizamlanmasına yönəldə bilər.

"Report" xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Fransada keçirilən G7 sammiti çərçivəsində jurnalistlərə bildirib.

"Bu (İranla münaqişənin nizamlanması – red.) başa çatdıqdan sonra, diqqətimizi buna (Ukrayna-Rusiya sülh prosesi – red.) cəmləyəcəyik. Baxaq görək, buna (Rusiya-Ukrayna müharibəsinin başa çatmasına - red.) nail ola biləcəyikmi", - Amerika lideri bildirib.

Tramp Rusiya-Ukrayna münaqişəsinin nizamlanmasını "Böyük Yeddilik" (G7) ölkələri ilə müzakirə etmək niyyətindədir. O, Rusiya və Ukrayna prezidentləri ilə iyunun 14-də baş tutan telefon danışıqlarını yüksək qiymətləndirib. "Dünən çox yaxşı iki söhbət olub. Biz bu barədə G7 sammitində danışacağıq", - o əlavə edib

Oxşar xəbərlər

Tramp: ABŞ Rusiya-Ukrayna müharibəsinin tezliklə başa çatmasını istəyir
Tramp: Rusiya-Ukrayna müharibəsinin nizamlanması naminə Putinlə danışığa hazıram
Tramp ABŞ-nin Rusiya və Ukrayna ilə son görüşlərini müsbət qiymətləndirib
Tramp: Rusiya İrandakı yox, Ukraynadakı böhranın nizamlanması üzərində işləməlidir
Ukrayna münaqişəsindən sonra ABŞ Rusiya ilə ticarət edəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər