İran parlamentinin sabiq komissiya üzvü: Ölkəmizin nüvə maraqlarını Rusiyaya qurban verdik
sizinxeber.az xəbər saytı

İran parlamentinin sabiq komissiya üzvü: Ölkəmizin nüvə maraqlarını Rusiyaya qurban verdik


İran Əhatəli Razılaşma Müqaviləsi ilə bağlı maraqlarını Rusiyanın Ukraynadakı mənafeyinə qurban verdi.

“Sizinxeber.az” İran İnqilab Keşikçiləri Qvardiyasının (Sepah) teleqram kanalına istinadən xəbər verir ki, bunu İran parlamenti Milli Təhlükəsizlik Komissiyasının keçmiş üzvü Heşmətullah Əli Fəlahətpişe bildirib.

Onun sözlərinə görə, Rusiya Zəngəzur yolunun açılmasına razılıq verməklə İranın yolunu bağlayır: "Keçmiş prezident İbrahim Rəisi İranın nüvə sazişi ilə bağlı maraqlarını Rusiyanın Ukraynadakı mənafeyinə qurban verdi. İndiki hökumət (Prezident Məsud Pezeşkianı nəzərdə tutur - red.) bu səhvi təkrarlamamalı və Moskva ilə birtərəfli dostluğun tələsinə düşməməlidir. Bu, İranın strateji mövqelərnin zəifləməsinə, milli maraqlarının tapdalanmasına gətirib çıxara bilər”.

H.Fəlahətpişe İranda nüfuzlu siyasətçi, politoloq, jurnalistdir. Əllamə Təbatəbai Universitetinin professorudur. O, parlamentin yeddinci, səkkizinci və onuncu çağırışlarının deputatı, 1997-1998-ci illərdə Milli Təhlükəsizlik İdarəsinin rəisi və parlamentin Xarici siyasət komissiyasının üzvü olub.

Oxşar xəbərlər

Xamenei Pezeşkianı İranın yeni prezidenti kimi təsdiqləyib [xfgiven_updateblue][/xfgiven_updateblue]
XİN rəsmisi: İran ABŞ ilə birbaşa olmayan danışıqları davam etdirməyə hazırdır [xfgiven_updateblue][/xfgiven_updateblue]
İranlı deputat Tehranın nüvə silahı əldə etdiyini irəli sürüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
İran Prezidenti ilk xarici səfərini İraqa edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
İran parlamenti Məsud Pezeşkianın təklif etdiyi bütün nazirləri təsdiqləyib [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər