Bakıda "Nağılın qonağında" adlı musiqili-poetik konsert keçirilib
Azərbaycan Dövlət Uşaq Filarmoniyasında gənc istedadları, müəllimləri, valideynləri və incəsənətsevərləri bir araya gətirən "Nağılın qonağında" adlı musiqili-poetik konsert keçirilib.
"Report" xəbər verir ki, konsertin təşkilatçıları beynəlxalq və respublika müsabiqələri laureatı, caz və estrada ifaçısı Günel Hacıyeva, həmçinin "Modern Poems" və "Gənc Şairlər" layihələrinin rəhbəri Lala Həsənova olublar.
Konsert proqramında 35 istedadlı uşaq iştirak edib. Tədbirdə fortepiano və vokal üzrə solo nömrələr, vokal ansambllarının çıxışları, fortepiano duetləri, şeir nümunələri və teatr səhnəcikləri təqdim olunub.
Çıxışlar sırasında məşhur və sevilən cizgi filmlərinin motivləri əsasında hazırlanmış teatr tamaşaları və musiqi nömrələri yer alıb. Balaca iştirakçılar nağıl və cizgi filmi qəhrəmanlarının rəngarəng geyimlərində səhnəyə çıxaraq tədbirə əsl bayram və sehrli ab-hava bəxş ediblər. Onların yaradıcı obrazları sayəsində konsert musiqi və poeziyanı teatr elementləri ilə birləşdirən maraqlı səhnə tamaşasına çevrilib.
Tədbirdə "Gənc Şairlər" ədəbi layihəsinin iştirakçıları və Günel Hacıyevanın şagirdləri çıxış ediblər.
Layihənin əsas məqsədi uşaqların yaradıcılıq potensialının inkişaf etdirilməsi, musiqi və ədəbiyyat sənətinin gənc nəslə sevdirilməsi və təbliğ olunmasıdır. Xüsusilə qeyd edilməlidir ki, layihə xeyriyyəçilik əsasında həyata keçirilir.
Oxşar xəbərlər
Gəncə Dövlət Filarmoniyasında "Ruhun qidası" adlı konsert proqramı baş tutub
Azərbaycan millisinin futbolçusu Xəyal Əliyev müalicə üçün Madridə yollanıb
Şuşada Zəfər Günü münasibətilə konsert keçirilib
Gəncə Filarmoniyasında "Ruhun qidası" adlı konsert olacaq
Gürcüstanın Müstəqillik Günü münasibətilə Bakıda qala konsert keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
SON DƏQİQƏ! Bu bankda maaş kartlarından pul tutulmasına başlanıldı
-
Netanyahu və Tramp Yaxın Şərqdə münaqişənin gərginləşməsini müzakirə ediblər
-
Britaniya süni intellekt üçün superkompüterin yaradılmasına 1 milyard dollar yatırım edir
-
ABA "Ticarət şəbəkələrinin inkişafı" ilə Anlaşma Memorandumu imzalayıb
-
Ceyhun Bayramovla Hakan Fidan regional və beynəlxalq prosesləri müzakirə ediblər - YENİLƏNİB
-
Nquyen Tiyen: Azərbaycan-Vyetnam əlaqələrinin inkişafından məmnunam
