İran XİN: ABŞ ilə nüvə proqramı üzrə danışıqları davam etdirməyə hazırıq
Tehran Vaşinqtonla İran nüvə proqramı ətrafında böhranın həlli məsələsi üzrə dolayı danışıqları davam etdirməyə hazır olduğunu və vasitəçi rolunu oynayan Omandan növbəti görüşün tarixini və yerini gözlədiyini bildirib.
“Sizinxeber.az” TASS-a istinadən xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqai mətbuat konfransında bildirib.
"Mayın 3-nə planlaşdırılan növbəti məsləhətləşmələr raundunun təxirə salınması vasitəçinin təşəbbüsü və hər iki tərəfin razılığı ilə həyata keçirilib. Bu danışıqların gələcəyi ilə bağlı İran Omandan məlumat gözləyir. Omanlı dostlarımız vaxtı, yeri razılaşdıracaq və bizi məlumatlandıracaq", - o bildirib.
İ.Bəqainin sözlərinə görə, Tehran artıq sübut edib ki, nüvə proqramı ilə bağlı bütün məsələlərin həllində diplomatik yola sadiq qalacaq.
ABŞ və İran Omanın vasitəçiliyi ilə İslam Respublikasının nüvə proqramı ətrafında böhranın həlli üzrə üç raund danışıq aparıb. Birinci raund aprelin 12-də Maskatda, ikinci raund aprelin 19-da Romada, üçüncü raund isə aprelin 26-da yenidən Maskatda keçirilib. İran nümayəndə heyətinə danışıqlarda XİN başçısı Abbas Əraqçi, ABŞ nümayəndə heyətinə isə prezidentin xüsusi nümayəndəsi Stiven Uitkoff rəhbərlik edir.
Oxşar xəbərlər
İran ABŞ ilə nəticəyə yönəlmiş danışıqlarda iştiraka davam edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bəqayi: Tehran ABŞ ilə nüvə danışıqlarını davam etdirəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Oman ABŞ-İran danışıqlarının dördüncü raundu üçün yeri açıqlayacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
İran XİN: Tehran heç vaxt nüvə silahı yaratmayacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
İran XİN: Omanda ABŞ ilə danışıqlar konstruktiv olub - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













