Gürcüstanda əcnəbilərin ölkəyə giriş-çıxışı ilə bağlı qanun sərtləşdirilir
Gürcüstan parlamenti xarici vətəndaşlarla bağlı qanunvericiliyə edilən dəyişikliklərin müzakirəsinə başlayıb.
"Sizinxeber.az"un Gürcüstan bürosu xəbər verir ki, ölkə parlamentinin bu gün keçirilən iclasında müzakirə edilən düzəlişlər qeyri-qanuni miqrasiya ilə mübarizəni gücləndirməyi, sığınacaq prosedurundan sui-istifadənin qarşısını almağı və əcnəbilərə beynəlxalq mühafizə qaydalarını təkmilləşdirməyi hədəfləyir.
Gürcüstan Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, yeni dəyişikliklərə əsasən, əcnəbilərin Gürcüstandan çıxarılması və ölkəyə girişlərinə müəyyən müddətlik qadağa həm cinayət, həm də inzibati məsuliyyət çərçivəsində yeni cəza növü kimi tətbiq ediləcək. Ölkədə qalma qaydalarını pozan əcnəbilər üçün cərimələr artırılacaq, çıxarılma proseduru isə sadələşdiriləcək. Həmçinin, sığınacaq müraciətləri üçün vaxt məhdudiyyəti müəyyənləşdirilir – əcnəbi Gürcüstana daxil olduqdan sonra bir ay ərzində sığınacaq istəmədiyi halda sürətləndirilmiş yoxlama proseduru tətbiq olunacaq.
"Dövlət təhlükəsizliyinə təhdid yaradan şəxslər üçün Gürcüstan sərhədindəcə sığınacaq məsələsinə baxılacaq, lakin ölkəyə buraxılmayacaqlar. Elektron müraciət və cavablandırma sistemi tətbiq ediləcək, bu da müraciətlərin daha şəffaf və sürətli yoxlanılmasına imkan verəcək. Yaşamaq icazəsi yalnız deportasiya proseduru aparılan və ya çıxarılma qərarı verilən əcnəbilərə tətbiq ediləcək", - nazirliyin məlumatında vurğulanıb.
Bildirilib ki, bu dəyişikliklər Gürcüstanın miqrasiya siyasətinin gücləndirilməsinə, ictimai təhlükəsizlik və idarəetmənin effektivliyinin artırılmasına xidmət edir.
Oxşar xəbərlər
Gürcüstan DİN: Qeyri-qanuni miqrantların deportasiyası halları xeyli artıb
Mart ayında Gürcüstandan aralarında Azərbaycan vətəndaşlarının da olduğu 97 əcnəbi deportasiya edilib
Gürcüstan parlamenti partiyaların fəaliyyətinə qadağanı nəzərdə tutan layihənin müzakirəsinə başlayıb
Estoniya bəzi gürcüstanlı rəsmilərin ölkəyə girişinə qadağa qoyub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
DÇ-2026: Argentina - Avstriya matçında ikinci hissə başlayıb - YENİLƏNİR-4
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
Litva 3 milyon avro dəyərində ovçu PUA-ların hazırlanması üçün tender elan edib
-
Kanadada sinaqoqun qarşısında atışma olub, ölənlər var
-
Qalibaf: Livanın ərazi bütövlüyü təmin olunana qədər mübarizə aparacağıq
