Sizinxeber.az » DÜNYA » Region » Mart ayında Gürcüstandan aralarında Azərbaycan vətəndaşlarının da olduğu 97 əcnəbi deportasiya edilib

Mart ayında Gürcüstandan aralarında Azərbaycan vətəndaşlarının da olduğu 97 əcnəbi deportasiya edilib

Gürcüstanın Daxili İşlər Nazirliyinin (DİN) Miqrasiya Departamenti mart ayı ərzində aralarında Azərbaycan vətəndaşlarının olduğu 97 xarici vətəndaşı ölkədən deportasiya edib.

“Sizinxeber.az”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan DİN-in rəsmi məlumatında bildirilib.

Məlumatda qeyd olunub ki, departament nazirliyin digər qurumları ilə birgə qeyri-qanuni miqrasiyaya qarşı mübarizə tədbirlərini davam etdirir. Mart ayı ərzində müxtəlif ölkələrdən olan 97 vətəndaşın Gürcüstandan çıxarılması həyata keçirilib. Onlardan bəziləri ölkəni könüllü şəkildə tərk etsə də, digərləri məcburi qaydada deportasiya olunub.

Deportasiya edilən şəxslərə qanunvericiliyə uyğun olaraq Gürcüstana giriş qadağası tətbiq edilib. Gürcüstandan çıxarılanlar arasında Azərbaycan, Hindistan, Belarus, Çin, Tacikistan, Rusiya, Banqladeş, ABŞ, İraq, İran, Nigeriya, Türkmənistan, Türkiyə, Misir, Pakistan, Kamerun, İordaniya və Qırğızıstan vətəndaşları var.

Qeyd edək ki, Gürcüstan DİN-nin Miqrasiya Departamenti ölkə ərazisində hüquqi əsası olmadan yaşayan əcnəbilərin müəyyən edilməsi və onların deportasiyasına cavabdeh qurumdur.

DİGƏR XƏBƏRLƏR

Комментарии

ƏN ÇOX OXUNAN / ŞƏRH EDİLDİ
  1. ABŞ əsas danışıqlardan əvvəl İrana hərbi təzyiqi artırır
  2. Daha ucuz, daha sürətli, daha güclü: Süni intellekt yarışına yenisi qoşuldu
  3. "TikTok"da vətəndaşlara tələ qurulub: Yeni dələduzluq sxemi ifşa olundu - VİDEO
  4. Belqradda Prezident İlham Əliyevin Serbiya Prezidenti Aleksandar Vuçiçlə təkbətək görüşü keçirilib
  5. Belqradda Azərbaycan və Serbiya arasında Strateji Tərəfdaşlıq Şurasının 1-ci iclası keçirilir
  6. İlham Əliyev Münhen konfransı çərçivəsində panel iclasda iştirak edir - CANLI YAYIM
  7. Prezident: Azərbaycan birtərəfli qaydada Ermənistana malların tranziti üzərindəki məhdudiyyətləri aradan qaldırıb
  8. İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi
  9. İlham Əliyev: "Biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq"
  10. Prezident İlham Əliyev Münhendə "France 24" telekanalına müsahibə verib
sss
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
SÖZÜM VAR !