Gürcüstan DİN: Qeyri-qanuni miqrantların deportasiyası halları xeyli artıb
sizinxeber.az xəbər saytı

Gürcüstan DİN: Qeyri-qanuni miqrantların deportasiyası halları xeyli artıb


2024-cü ildə Gürcüstandan deportasiya edilən qeyri-qanuni miqrantların sayı öncəki illə müqayisədə 26 % artıb.

“Report” “Georgia News”a istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“2024-cü ilin oktyabr ayına olan məlumata görə, 384 əcnəbi vətəndaşın ölkədən məcburi çıxarılması barədə qərar qəbul edilib ki, bu da əvvəlki illə müqayisədə 26 % çoxdur”, - məlumatda deyilir.

Çıxarılma prosesi başlandıqdan sonra könüllü şəkildə ölkəni tərk etməyə razılıq verən əcnəbilərin sayı da artıb. Yanvar-oktyabr aylarında Gürcüstanı 323 nəfər tərk edib ki, bu da ötən ilin tam göstəricisinin 60,7 %-ni təşkil edir.

Təkcə oktyabrda Gürcüstan Miqrasiya Departamenti ölkədə qanuni əsas olmadan qalan 60 əcnəbini Gürcüstandan çıxarmaq barədə qərar qəbul edib.

Gürcüstan DİN-in statistikasına görə, 2023-cü ildə 190, 2022-ci ildə isə 165 əcnəbi Gürcüstandan icbari qaydada çıxarılıb. Nazirlikdən gələcəkdə qeyri-qanuni miqrantlara nəzarətin daha da sərtləşdiriləcəyini vurğulanıb.

Oxşar xəbərlər

Ötən ay Gürcüstandan 42 əcnəbi deportasiya edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ötən ay Gürcüstandan Azərbaycan vətəndaşı da daxil olmaqla 33 əcnəbi çıxarılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Niger vasitəsilə Aralıq dənizi sahillərinə miqrant axını xeyli artıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Salyanda əhalinin sayı artıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycana Hindistandan turist axını 3 dəfəyə yaxın artıb [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər