DYP: Bakıda  qaydalarını pozan 79 motosiklet və moped duracağa yerləşdirilib
sizinxeber.az xəbər saytı

DYP: Bakıda qaydalarını pozan 79 motosiklet və moped duracağa yerləşdirilib


Paytaxt ərazisində cari ilin 5 ayı ərzində motosiklet və mopedlərin iştirakı ilə ölüm və xəsarətlə nəticələnən yol-nəqliyyat hadisələrinin sayı 6 fakt, qəza nəticəsində ölənlərin sayı 5 nəfər, xəsarət alanların sayı isə 1 nəfər olub.

Bu barədə "Sizinxeber.az"a Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

Bildirilib ki, statistik rəqəmlərdə azalma müşahidə olunsa da, hadisələrin qarşının alınması istiqamətində davamlı olaraq nəzarət profilaktiki tədbirlər həyata keçirilir:

"Xüsusilə də iyun ayının əvvəlindən bu günə kimi sürücülük hüququ və dövlət qeydiyyat nişanı olmayan, normativ tələblər pozulmaqla avadanlıq quraşdırılıb və ya dəyişdirilib 79 motosiklet və moped aşkar edilərək mühafizə olunan duracaqlara yerləşdirilib və sürücülər barəsində qanunamüvafiq tədbirlər həyata keçirilib".

Oxşar xəbərlər

Bakıda beş ayda motosiklet və moped qəzalarında 5 nəfər ölüb
Bu ilin birinci rübündə motosiklet və moped sürücülərinin təqsirindən üç nəfər həyatını itirib
Azərbaycanda bu ilin 11 ayında 46 motosiklet və moped qəzası olub, 16 nəfər ölüb
Bu ilin altı ayı ərzində özlərinin törətdiyi kobud qayda pozuntuları nəticəsində 12 moped və motosiklet sürücüsü ölüb
Bu ilin altı ayı ərzində moped və motosiklet sürücülərinin təqsiri səbəbindən 17 yol qəzası olub, 4 nəfər ölüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər