Gürcüstan parlamenti partiyaların fəaliyyətinə qadağanı nəzərdə tutan layihənin müzakirəsinə başlayıb
Gürcüstan parlamenti siyasi partiyaların fəaliyyətinə qadağa qoyulmasını nəzərdə tutan qanun layihəsinin müzakirəsinə başlayıb.
"Sizinxeber.az"un Gürcüstan bürosu xəbər verir ki, hakim “Gürcü Arzusu” partiyası “Siyasi birliklər haqqında” və “Konstitusiya Məhkəməsi haqqında” qanunlara dəyişikliklər təqdim edib.
Layihəyə dair ilkin müzakirə parlamentin hüquq məsələləri komitəsində keçirilir.
Təklif olunan dəyişikliklərə əsasən, Konstitusiya Məhkəməsi dövlət çevrilişinə cəhd, zorakılıq çağırışı, müstəqilliyə və ərazi bütövlüyünə xələl gətirən, yaxud silahlı dəstələr yaradan siyasi partiyaların fəaliyyətini qadağan edə bilər.
Yeni qanun layihəsinin ən çox hansı partiyalara təsir edəcəyi yaxın günlərdə dəqiqləşəcək. İddialara görə, qadağa təkcə “Vahid Milli Hərəkat”la məhdudlaşmaya bilər.
Oxşar xəbərlər
Gürcüstan parlamenti “vətənə xəyanət” maddəsinin geri qaytarılmasını dəstəkləyib
Gürcüstan Konstitusiya Məhkəməsi "Xarici agentlər haqqında" qanunla bağlı prezidentin vəsatətini rədd edib
Gürcüstan MSK: “Gürcü Arzusu” Partiyası 53,5% səslə seçkilərdə liderdir
Gürcüstanın Konstitusiya Məhkəməsi “Xarici təsirin şəffaflığı haqqında” qanunun ləğvi ilə bağlı iddialara baxır
Baş nazir: Gürcüstan parlamenti birpartiyalı ola bilər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin











