sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Rusiyada binanın damından ətrafa atəş açan şəxs zərərsizləşdirilib
Rusiyanın Murmansk şəhərində naməlum şəxs Kolski prospektində 14 mərtəbəli binanın damından ətrafa odlu silahdan atəş açmağa başlayıb.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə Murmansk qubernatoru Andrey Çibis bildirib.
Onun sözlərinə görə, hadisə yerinə “SOBR” xüsusi təyinatlı polisləri cəlb edilib və ərazi mühasirəyə alınıb. Qubernator insidentlə bağlı sakinlərə müraciət edərək hər kəsdən sakit olmağı və əsas təhlükəsizlik tədbirlərini görməyi xahiş edib.
Bir müddət sonra atəş açan şəxs “SOBR” və “OMON”un əməkdaşları tərəfindən zərərsizləşdirilib. Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Rusiyanın Murmansk şəhərində yaşayış evinin damından atəş açan şəxs zərərsizləşdirilib - YENİLƏNİB
Rusiyada naməlum şəxs yaşayış evinin damından odlu silahdan atəş açmağa başlayıb
Rusiyada qubernator bıçaqlanıb
İsrailin İordaniyadakı Səfirliyi yaxınlığında atəş açan şəxs zərərsizləşdirilib, yaralılar var - YENİLƏNİB
Bakıda evə silahlı basqın etməkdə şübhəli bilinən şəxs zərərsizləşdirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













