Bakıda evə silahlı basqın etməkdə şübhəli bilinən şəxs zərərsizləşdirilib
sizinxeber.az xəbər saytı

Bakıda evə silahlı basqın etməkdə şübhəli bilinən şəxs zərərsizləşdirilib


Sentyabrın 9-da saat 21 radələrində Binəqədi rayonunda evlərdən birinə naməlum şəxsin basqın etməsi ilə bağlı ev sahibi tərəfindən polisə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətindən "Report"a verilən məlumata görə, hadisə yerinə yaxınlaşan polis əməkdaşlarına şübhəli şəxs odlu silahla müqavimət göstərməklə qaçmağa cəhd edib.

Ev sakinlərinin təhlükəsizliyi təmin olunmaqla cəhdin qarşısı alınıb, şübhəli şəxs polis əməkdaşları tərəfindən xidməti tabel silahı ilə zərərsizləşdirilib.

Müəyyən edilib ki, zərərsizləşdirilən şəxs Cinayət Məcələsinin müxtəlif maddələri ilə dəfələrlə məhkum olunan Şükürov Eldəniz Məmmədhüseyn oğludur.

Hadisə yerindən “Makarov” tapançası aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər

Bakıda evə basqın olub, şübhəli şəxs polis tərəfindən zərərsizləşdirilib
Sabunçuda evə basqın edilib
Bakıda narkopritonda polisə silahlı müqavimət göstərən şəxs zərərsizləşdirilib
Polisə silahlı müqavimət göstərən şəxs zərərsizləşdirilib
Sabunçuda marketə basqın olub, tütün məmulatları oğurlanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle