İsrailin İordaniyadakı Səfirliyi yaxınlığında atəş açan şəxs zərərsizləşdirilib, yaralılar var - YENİLƏNİB
İsrailin İordaniyadakı səfirliyi yaxınlığında atışma törədən şəxs zərərsizləşdirilib.
“Report” xəbər verir ki, bu barədə Qətərin telekanalı məlumat yayıb.
Mənbə bildirib ki, hadisə zamanı səfirliyin 3 təhlükəsizlik işçisi yaralanıb. Diplomatik nümayəndəliyin yerləşdiyi ərazidə vəziyyət nəzarət altındadır.
Xatırladaq ki, Ammanda səfirlik yaxınlığında atışma ilə bağlı məlumat noyabrın 24-nə keçən gecə yayılıb. Polis və təcili yardım maşınlarının Rabiya rayonuna cəlb olunduğu bildirilib.
İsrailin İordaniyanın paytaxtı Ammandakı səfirliyi yaxınlığında atışma baş verib.
“Report”un xəbərinə görə, bu barədə telekanalı məlumat yayıb.
Məlumata görə, ətraf küçələr təhlükəsizlik qüvvələrinin əməkdaşları tərəfindən bağlanıb. Hadisə yerinə təcili yardım maşınları cəlb olunub.
Telekanal İordaniya mətbuatına istinadən xəbər verir ki, hakimiyyət orqanları sakinlərə evdə qalmaq və bütün pəncərələri bağlamaq barədə xəbərdarlıq edib.
Oxşar xəbərlər
İsrailin İordaniyadakı Səfirliyi yaxınlığında atışma olub
İsrail Baş Konsulluğu yaxınlığında atəş açan şəxs zərərsizləşdirilib - YENİLƏNİB
İsrailin Kopenhagendəki səfirliyi yaxınlığında iki partlayış baş verib
İsrailin Danimarkadakı səfirliyi yaxınlığında partlayış törədilib
İsrailin Hindistandakı səfirliyi yaxınlığında partlayış baş verib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İranda etirazlar davam edir: Kinorejissor və general öldürüldülər
-
İranda 60 saatdan çoxdur ki, internet yoxdur
-
KİV: İrandakı etirazlarda ölənlərin sayı 544-ə çatıb
-
Tramp özünü Venesuelanın müvəqqəti prezidenti "təyin edib"
-
Rza Pəhləvi İrandakı etirazlar fonunda beynəlxalq dəstəyin tezliklə çatacağını bildirib












