Rusiyada naməlum şəxs yaşayış evinin damından odlu silahdan atəş açmağa başlayıb
sizinxeber.az xəbər saytı

Rusiyada naməlum şəxs yaşayış evinin damından odlu silahdan atəş açmağa başlayıb


Rusiyanın Murmansk şəhərində naməlum şəxs odlu silahdan atəş açmağa başlayıb.

Sizinxeber.az-nın Rusiya bürosu xəbər verir ki, bu barədə Murmansk qubernatoru Andrey Çibis bildirib.

Yerli "Telegram" kanalları atəşin Kolski prospekti, 10 saylı doqquzmərtəbəli binanın damından aparıldığı və hadisə yerinin xüsusi təyinatlılar tərəfindən mühasirəyə alındığı barədə məlumat yayıb.

Qubernator insidentlə bağlı sakinlərə müraciət edib. Qeyd olunub ki, atışmanın getdiyi yerdə təhlükəsizlik qüvvələri işləyir.

Yerli hakimiyyət bu ərazidə yaşayan və ya olan hər kəsdən sakit olmağı və əsas təhlükəsizlik tədbirlərini görməyi xahiş edib. Əhalidən işıqları söndürmələri, pəncərələrdən uzaqlaşmaları və insidentin videosunu çəkmək üçün riskə getməmək xahiş olunub.

Qubernator təhlükəsizlik qüvvələrinin işini lentə almamağı və sosial şəbəkələrə yerləşdirməməyi, həmçinin yalnız təsdiqlənmiş məlumatlara etibar etməyi xahiş edib.

Oxşar xəbərlər

Almaniyada naməlum şəxs xəstəxanada bir neçə nəfəri girov götürüb
Lənkəranda 60 yaşlı kişi silahdan açılan atəş nəticəsində xəsarət alıb
Murmanskda görünən PUA-lardan birinin Norveçdən gəldiyi iddia olunur - YENİLƏNİB
Beyləqanda 37 yaşlı kişi özünü güllələyib - YENİLƏNİB
Sergey Şoyqu İran Təhlükəsizlik Şurasının katibi ilə görüşüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle