Rusiya Ermənistanın KTMT-dəki fəaliyyətini dondurmasını davam etdirməsindən təəssüflənir
Rusiya tərəfi Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) çərçivəsində fəaliyyətini dondurmasını davam etdirməsindən təəssüflənir.
“Report” TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
“Biz Ermənistanın KTMT çərçivəsində fəaliyyətini dondurmasını davam etdirməsindən və ya boykot etməsindən təəssüflənirik. Hesab edirik ki, Avrasiya İqtisadi İttifaqı (Aİİ) iqtisadi sahədə olduğu kimi, KTMT də təhlükəsizlik sahəsində faydalıdır. Biz bu iki struktur çərçivəsində Ermənistanla qarşılıqlı fəaliyyət üçün heç bir maneə görmürük, lakin bu, ölkənin milli siyasəti ilə bağlı məsələdir”, - M.Zaxarova bildirib.
Daha əvvəl verilən məlumata görə, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Varşava Təhlükəsizlik Forumunda çıxışı zamanı bildirib ki, İrəvan KTMT-dən çıxmaqla bağlı bütün riskləri öyrənir.
Oxşar xəbərlər
Nyu-Yorkda KTMT xarici işlər nazirlərinin görüşü keçirilir
Zaxarova: Ermənistan verdiyi bəyanatlara baxmayaraq, hələ də KTMT-nin bir hissəsidir
Zaxarova: Paşinyanın KTMT-nin Ermənistanın suverenliyinə təhlükə olması ilə bağlı sözləri sağlam düşüncəyə ziddir
Ermənistan XİN rəhbəri: Biz özümüzü işləməyən hərbi ittifaqda görmürük
Zaxarova: Paşinyanın KTMT-nin Ermənistanın suverenliyinə təhlükə olması ilə bağlı bəyanatı sağlam düşüncəyə ziddir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













