Zaxarova: Paşinyanın KTMT-nin Ermənistanın suverenliyinə təhlükə olması ilə bağlı sözləri sağlam düşüncəyə ziddir
Ermənistanın baş naziri Nikol Paşinyanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) ölkəsinin suverenliyinə təhlükə olması ilə bağlı bəyanatları sağlam düşüncəyə ziddir.
“Report” xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova IV Avrasiya Qadınlar Forumu çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.
“Mənə elə gəlir ki, onun bəyanatları sağlam düşüncə və reallıqla ziddiyyət təşkil edir. Çünki əgər sizi, xüsusən də milli təhlükəsizliyinizi nəsə “təhdid edir”sə, onların (Ermənistanın – red.) orada (KTMT-də – red.) qalmaq barədə danışmasının mənası nədir?! Təşkilatda hələ də qalırlarsa, deməli, bunda hansısa məqsədəuyğunluq görürlər. Onlar eyni zamanda KTMT-nin “Ermənistandan çəkildiyini” də bildiriblər. Bütün bunlar sağlam düşüncəyə və məntiqə ziddir”, - diplomat söyləyib.
Oxşar xəbərlər
Zaxarova: Paşinyanın KTMT-nin Ermənistanın suverenliyinə təhlükə olması ilə bağlı bəyanatı sağlam düşüncəyə ziddir
Zaxarova: Ermənistan verdiyi bəyanatlara baxmayaraq, hələ də KTMT-nin bir hissəsidir
Zaxarova: Rusiya ümid edir ki, Ermənistanla KTMT çərçivəsində tərəfdaşlıq tam bərpa olunacaq
Zaxarova: Rusiya ümid edir ki, KTMT çərçivəsində Ermənistanla tərəfdaşlıq tam bərpa olunacaq
Peskov: Kreml Paşinyanla qətiyyən razı deyil
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













