Türkiyə MTŞ-də Rusiya–Ukrayna müharibəsi və Cənubi Qafqazda sülh prosesi müzakirə olunub
sizinxeber.az xəbər saytı

Türkiyə MTŞ-də Rusiya–Ukrayna müharibəsi və Cənubi Qafqazda sülh prosesi müzakirə olunub


Türkiyə Milli Təhlükəsizlik Şurasında Rusiya–Ukrayna müharibəsi və Cənubi Qafqazda sülh prosesi müzakirə olunub.

APA-nın Türkiyə bürosunun xəbərinə görə, bu barədə Milli Təhlükəsizlik Şurasının iclasından sonra yayılan rəsmi bəyanatda məlumat verilib.

İclas zamanı, Rusiya–Ukrayna müharibəsində son vəziyyət nəzərdən keçirilib, münaqişənin gərginləşməsinə və başda Qara dəniz olmaqla ətraf bölgələrə yayılmasına görə məsuliyyət daşıyan tərəflər ədalətli və davamlı sülhün təmin edilməsi üçün ən qısa zamanda addım atmağa çağırılıb.

Bundan əlavə, Cənubi Qafqazda sülhün, sabitliyin və əməkdaşlığın gücləndirilməsi istiqamətində qeydə alınan son hadisələr müzakirə olunub və bölgədə davamlı sülhün bərqərar olması üçün atılan addımlar nəzərdən keçirilib.

Oxşar xəbərlər

XİN: İran üçün Cənubi Qafqazda təhlükəsizlik vacibdir
Prezident Azərbaycan-Rusiya münasibətlərini Cənubi Qafqazda təhlükəsizlik faktoru kimi dəyərləndirib
Prezident İlham Əliyev: Cənubi Qafqazda sabitlik və təhlükəsizlik bir çox hallarda Rusiya ilə Azərbaycan arasında sıx qarşılıqlı fəaliyyətdən asılıdır
Rusiya XİN: Moskva və Ankara dinc Cənubi Qafqazda maraqlıdır
Rusiya və ABŞ arasında İstanbul görüşündə Ukrayna müzakirə olunmayacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər