Kobaxidze: Bakıda Orta Dəhliz təşəbbüsü çərçivəsində əlaqələrin inkişafı müzakirə olunub
sizinxeber.az xəbər saytı

Kobaxidze: Bakıda Orta Dəhliz təşəbbüsü çərçivəsində əlaqələrin inkişafı müzakirə olunub


Azərbaycan Prezidenti İlham Əliyev ilə Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin Bakıda keçirilən görüşündə Gürcüstanla Azərbaycan arasında enerji və enerji təhlükəsizliyi sahəsində, eləcə də Orta Dəhliz təşəbbüsü çərçivəsində əməkdaşlığın inkişaf etdirilməsi məsələsi müzakirə olunub.

“Sizinxeber.az” xəbər verir ki, bu barədə İrakli Kobaxidze danışıqların yekunu üzrə Gürcüstan mətbuatına açıqlamasında bildirib.

“Bizi çox mühüm strateji layihələr birləşdirir, biz həm də bu istiqamətdə, o cümlədən Orta Dəhliz təşəbbüsü çərçivəsində əməkdaşlığı daha da dərinləşdirmək üçün birgə işləyirik”, - Baş nazir deyib.

Kobaxidze qeyd edib ki, görüş çox mehriban və bütün mövzular üzrə məhsuldar keçib.

“Biz Gürcüstan-Azərbaycan münasibətləri, ölkələrimizi birləşdirən strateji tərəfdaşlıq, dostluq münasibətlərindən danışdıq. Sahəvi əməkdaşlıq, müxtəlif sahələrdə tərəfdaşlığımızı daha da dərinləşdirmək barədə söhbət etdik”, - o söyləyib.

Görüş zamanı, həmçinin regionda təhlükəsizlik problemlərinə də diqqət yetirilib. Tərəflər regionda sülhün və sabitliyin təmin edilməsinə mümkün qədər töhfə verməyə hazır olduqlarını təsdiqləyiblər.

Oxşar xəbərlər

İrakli Kobaxidze: Azərbaycan-Gürcüstan münasibətləri çox möhkəm təməl üzərində qurulub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ərdoğan: “Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişi tarixi fürsətdir” [xfgiven_updateblue][/xfgiven_updateblue]
İrakli Kobaxidze COP29-da iştirak edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
İrakli Kobaxidze: Azərbaycanla möhkəm tərəfdaşlıq əlaqələrini daha da gücləndirməyə hazıram [xfgiven_updateblue][/xfgiven_updateblue]
İrakli Kobaxidze: Tbilisi İrəvanla Bakı arasında sülh prosesini alqışlayır [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər