İki ay ərzində Hörmüz boğazından keçid ödənişsiz olacaq
sizinxeber.az xəbər saytı

İki ay ərzində Hörmüz boğazından keçid ödənişsiz olacaq


ABŞ və İran arasında anlaşma memorandumu imzalandıqdan sonra 60 gün davam edəcək danışıqlar müddətində gəmilərə Hörmüz boğazından ödənişsiz keçid imkanı veriləcək.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə ABŞ-nin vitse-prezidenti Cey Di Vens bəyan edib.

"Sazişdə deyilir ki, yekun razılaşma üzrə danışıqlar aparıldığı müddətdə 60 gün ərzində Hörmüz boğazına giriş və çıxış pulsuz olacaq", - deyə o əlavə edib.

Vensin sözlərinə görə, Vaşinqton tərəflər arasında razılaşmanın son versiyası bağlandıqdan sonra belə su yolundan keçidin pulsuz qalacağını gözləyir:

"Danışıqlar zamanı sual yarandı: gəmi xarab olsa, nə olacaq? Gəminin yedəklənməsi lazım gələrsə, xidmət haqqı tutulacaqmı? Bu, tamamilə fərqli bir məsələdir. Bəlkə də iranlılar bunu nəzərdə tuturlar. Yenə də onlara aydın şəkildə bildirdik ki, gəmilərin Hörmüz boğazından keçməsi üçün ödəniş tələb edən bir sistemə dözməyəcəyik".

Oxşar xəbərlər

Əli Baqeri: Hörmüz boğazından keçid qaydası artıq əvvəlki kimi olmayacaq
İran Hörmüz boğazından keçid üçün idarəetmə mexanizmi hazırlayıb
Atəşkəsdən sonra Hörmüz boğazından iki gəmi keçdi
SEPAH: Son gündə Hörmüz boğazından 23 gəmi keçib
Pit Heqset: Hörmüz boğazından keçid zamanı İranın sərhədləri pozulmayacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər