Avropa ölkələri İranın nüvə şərtlərinə əməl edəcəyi təqdirdə sanksiyaların ləğvinə hazırdır
sizinxeber.az xəbər saytı

Avropa ölkələri İranın nüvə şərtlərinə əməl edəcəyi təqdirdə sanksiyaların ləğvinə hazırdır


Böyük Britaniya, Almaniya, İtaliya və Fransa İranla ABŞ arasında əldə edilən razılaşmanı alqışlayıblar.

"Sizinxeber.az"un məlumatına görə, bu barədə AFP agentliyinin istinad etdiyi dörd ölkə liderinin birgə bəyanatında bildirilib.

Sənəddə qeyd olunur ki, "Dördlük qrupu" ölkələri Tehranın nüvə proqramı ilə bağlı aydın və təsdiqlənə bilən öhdəliklərini yerinə yetirməsi şərtilə ona qarşı sanksiyaların ləğvini nəzərdən keçirməyə hazırdırlar.

Liderlər həmçinin Tehranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün ABŞ, İran və Atom Enerjisi üzrə Beynəlxalq Enerjik (AEBA) ilə əməkdaşlıq etməyə söz veriblər.

Oxşar xəbərlər

Britaniya nüvə proqramına görə İrana qarşı sanksiyaları genişləndirməyə hazırdır
İstanbulda "Avropa üçlüyü" ölkələri ilə İran arasında nüvə danışıqlarının növbəti mərhələsi keçirilir
"Avropa üçlüyü" ölkələri ilə İran nüvə danışıqları üzrə növbəti mərhələ haqqında razılığa gəliblər - YENİLƏNİB
KİV “Avropa üçlüyü” İrana sanksiyaların bərpası üçün BMT-yə müraciət edib
XİN: İran nüvə proqramı ilə bağlı Rusiya və Çinlə məsləhətləşmələr aparır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər