Daşkəsəndə seldən sonra yol çöküb
sizinxeber.az xəbər saytı

Daşkəsəndə seldən sonra yol çöküb


Daşkəsən rayonunda güclü yağışların və sel sularının yaratdığı fəsadlar nəticəsində yol çöküb.

"Sizinxeber.az"un Qərb bürosunun məlumatına görə Daşkəsən-Əmirvar-Qabaqtəpə yolunda sel sularının təsiri ilə iri yarğanlar əmələ gəlib.

Nəticədə yolun bir hissəsi, eləcə də asfalt örtüyü tamamilə çöküb.

Hazırda hadisə yerinə 31 saylı Yol İstismar İdarəsinin əməkdaşları cəlb olunub. Ərazidə vəziyyət qiymətləndirilir, çökmənin miqyası araşdırılır.

Yolun bir tərəfindən istifadə etmək mümkündür. Sürücülərə həmin istiqamətdə hərəkət edərkən ehtiyatlı olmaları və aidiyyəti qurumların xəbərdarlıqlarını nəzərə almaları tövsiyə olunur.

Oxşar xəbərlər

Şamaxıda torpaq sürüşməsi olub, yol çöküb - FOTO
İstanbulda bina çöküb
Bakıda tuneldə asfalt örtüyü çökdü - Video
Hindistanda dini bayramda səhnə çöküb, altı nəfər ölüb
Sumqayıtda avtomobil yolu çöküb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər