TRACECA: Üzv dövlətlər milli infrastrukturun inkişafında irəliləyişlər əldə edib
Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinə (TRACECA) üzv dövlətlər milli infrastrukturun inkişafında nəzərəçarpacaq irəliləyişlər əldə edib.
“Sizinxeber.az” xəbər verir ki, bunu TRACECA-nın baş katibi Asset Asavbayev COP29 çərçivəsində təşkil olunmuş “Dayanıqlı, rəqəmsal Orta Dəhliz və onun hüdudlarından kənar” mövzusunda nazirlərin dəyirmi masasında bildirib.
"Buna baxmayaraq, bu yolda səylərimizi uyğunlaşdırmalıyıq. Sərhəd infrastrukturumuzun imkanlarını və səmərəli tranziti asanlaşdırmaq üçün uyğunlaşdırılmalar aparılmalıdır. Bundan başqa, nəqliyyat sektorunda rəqəmsal əlaqə və elektron məlumat mübadiləsi təkmilləşdirilməlidir. Bu, bütün dəhliz dövlətlərinin prioriteti olmalıdır" - deyə o qeyd edib.
Baş katibin sözlərinə görə, ötən ay Azərbaycan və Gürcüstanın 8 İT sistemi arasında inteqrasiyaya nail olunub: "Hazırda biz Türkiyə və Gürcüstanın İT sistemlərinin inteqrasiyası üzərində fəal işləyirik. Hər bir ölkə daxilində müxtəlif maraqlı tərəflər arasında rahat ünsiyyəti təmin etməliyik. Rəqəmsal əlaqə nəqliyyat sistemlərimizə artan təzyiqləri azaltmaq üçün çox vacibdir".
Oxşar xəbərlər
Ukrayna səfiri və TRACECA nümayəndəsi Orta Dəhliz barədə müzakirələr aparıblar
Azərbaycan, Qazaxıstan və Gürcüstan dəmir yollarını multimodal rəqəmsal platformaya inteqrasiya edib
İtaliya rəsmisi: "Orta Dəhliz geosiyasi qeyri-sabitlik fonunda həlledici əhəmiyyətə malikdir"
ITF: Nəqliyyat sistemlərinin sabahın çağırışlarına hazır olmasını dəstəkləməyə hazırıq
UNECE: Orta Dəhlizi tam rəqəmsallaşdırılmış və uyğunlaşdırılmış marşruta çevirmək olar
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













