Hakan Fidan Əraqçi ilə danışıb, İran-ABŞ razılaşmasını pozmağa yönələn təxribatlara qarşı diqqətli olmağa çağırıb
sizinxeber.az xəbər saytı

Hakan Fidan Əraqçi ilə danışıb, İran-ABŞ razılaşmasını pozmağa yönələn təxribatlara qarşı diqqətli olmağa çağırıb


Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə İranın xarici işlər naziri Seyid Abbas Əraqçi arasında telefon danışığı baş tutub.

Bu barədə Türkiyə Xarici İşlər Nazirliyindən "Report"un yerli bürosuna bildirilib.

Hakan Fidan İran və ABŞ arasında əldə olunmuş razılaşma ilə bağlı proseslərin müsbət nəticə ilə yekunlaşacağına ümid etdiyini bildirib.

Türkiyəli nazir razılaşmanı pozmağa yönəlmiş təxribatlara qarşı diqqətli olmağın vacibliyini vurğulayaraq Türkiyənin regionda sülhün, əmin-amanlığın və sabitliyin möhkəmləndirilməsinə töhfələrini qətiyyətlə davam etdirəcəyini qeyd edib.

Əraqçi ABŞ ilə İran arasında aparılan danışıqlar prosesinə verdiyi töhfələrə görə Türkiyəyə təşəkkür edib.

Xatırladaq ki, bu gün ABŞ və İran arasında razılaşma əldə edilib və imzalanma mərasimi iyunun 19-da İsveçrədə keçiriləcək.

Oxşar xəbərlər

Hakan Fidan ilə Abbas Əraqçi İran-ABŞ danışıqlarını müzakirə ediblər
Hakan Fidan və Abbas Əraqçi İran-ABŞ danışıqlarını müzakirə ediblər
Fidan ABŞ, Pakistan və İran nümayəndələri ilə Tehranla danışıqları müzakirə edib
Türkiyə XİN: ABŞ - İran razılaşmasını alqışlayırıq
Hakan Fidan Qətər və ABŞ nümayəndələri ilə İran məsələsini müzakirə edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər