Latviya TRACECA-da müşahidəçi ölkə statusu alıb
sizinxeber.az xəbər saytı

Latviya TRACECA-da müşahidəçi ölkə statusu alıb


Latviya TRACECA Hökumətlərarası Komissiyasında (HK) müşahidəçi ölkə statusu alıb.

“Report” TRACECA-ya istinadən xəbər verir ki, bu barədə TRACECA HK-nın baş katibi Aset Asavbayevin Latviyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Edqar Skuya ilə görüşü zamanı məlum olub.

Görüş zamanı TRACECA çərçivəsində cari və perspektiv layihələr, həmçinin Latviyanın TRACECA HK-da müşahidəçi ölkə kimi nəqliyyat potensialı və imkanları müzakirə edilib.

Bundan başqa, nəqliyyat sazişlərinin rəqəmsallaşdırılması, logistika proseslərinin təkmilləşdirilməsi üçün sistemin yaradılması və Xəzər dənizində bərə konsepsiyasının inkişafı ilə bağlı planlar nəzərdən keçirilib. Pilot elektron qaimə layihəsinin həyata keçirilməsi, rəqəmsal (elektron) icazələrin tətbiqi, TRACECA Fondunun yaradılması, TRACECA Vahid Tranzit İcazəsi Sazişi, 2027-2036-cı illər üçün "Avropa - Qafqaz - Asiya" beynəlxalq nəqliyyat dəhlizinin inkişafı üzrə TRACECA HK strategiyasının hazırlanması və digər mövzular gündəlikdəki məsələlər arasında yer alıb.

Görüş zamanı həmçinin müşahidəçi ölkələrin TRACECA Fondunda iştirak imkanları nəzərdən keçirilib. Fondun məqsədi beynəlxalq ticarətin və yük daşımalarının sadələşdirilməsinə yönəlmiş layihələrin dəstəklənməsi və inkişafıdır.

Oxşar xəbərlər

Ukrayna səfiri və TRACECA nümayəndəsi Orta Dəhliz barədə müzakirələr aparıblar
TRACECA: Üzv dövlətlər milli infrastrukturun inkişafında irəliləyişlər əldə edib
Aset Asavbayev: 2024-cü ildə TRACECA ilə yükdaşımaların həcmi 7-7,5 milyon ton olacaq
Bakı növbəti dəfə "TransLogistica Caspian" sərgisinə ev sahibliyi edəcək
Lənkəranda avtomobil piyadanı vuraraq öldürüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər