Hindistanda poladtökmə zavodunda baş verən yanğında səkkiz nəfər ölüb » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
08 
in
2026
22:00
ff aaaaaaa

Hindistanda poladtökmə zavodunda baş verən yanğında səkkiz nəfər ölüb

08 in, 2026
22:00
945

Hindistanda poladtökmə zavodunda baş verən yanğında səkkiz nəfər ölüb

Hindistanın Andhra-Pradeş ştatının Vişakhapatnam şəhərində yerləşən poladtökmə zavodunda baş verən yanğın zamanı azı səkkiz işçi ölüb.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə "The Times of India" qəzeti məlumat yayıb.

Bildirilib ki, içərisində isti əridilmiş metal olan çalov konvertor sexində yerə düşüb, bundan sonra güclü yanğın başlayıb.

Hadisə zamanı məkanda 20-yə yaxın işçi olub. Onlardan bir neçəsinin bədəninin 70 %-dən çox hissəsində yanıq əmələ gəlib və xəstəxanaya yerləşdirilib.

Hindistanın Baş naziri Narendra Modi "X" sosial şəbəkəsində ölənlərin ailələrinə başsağlığı verib.

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul