IMO Baş katibi Azovda azərbaycanlı dənizçilərin həlak olması ilə əlaqədar başsağlığı verib
sizinxeber.az xəbər saytı

IMO Baş katibi Azovda azərbaycanlı dənizçilərin həlak olması ilə əlaqədar başsağlığı verib


Beynəlxalq Dəniz Təşkilatının (IMO) Baş katibi Arsenio Dominqes Azov dənizində azərbaycanlı dənizçilərin faciəvi şəkildə həlak olması ilə əlaqədar Azərbaycana başsağlığı verib.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə IMO Baş katibinin ölkəmizin Böyük Britaniyadakı səfiri Elin Süleymanova ünvanlanmış məktubunda qeyd olunub.

"Dərin hüznlə 2026-cı il iyunun 5-də Azov dənizində "Natra" və "Zirkon" yük gəmilərinə hücumlar nəticəsində insanların faciəvi şəkildə həlak olduğunu öyrəndim. Bildirilmişdi ki, hadisə nəticəsində azərbaycanlı dənizçilər (4 nəfər - red.) həlak olub, digərləri (4 nəfər - red.) isə yaralanıb. Beynəlxalq Dəniz Təşkilatının bütün üzvləri, Katiblik və şəxsən öz adımdan Azərbaycan Respublikasının hökumətinə və xalqına dərin hüznlə başsağlığı verirəm. Biz ruhən həlak olanların ailələrinin, dostlarının, yaxınlarının və bu faciənin toxunduğu hər kəsin yanındayıq", - məktubda bildirilib.

O vurğulayıb ki, IMO bütün dənizçilərin təhlükəsizliyinin, mühafizəsinin və qorunmasının təmin edilməsinə, həmçinin təhlükəsiz gəmiçilik şəraitinin yaradılması üzrə beynəlxalq səylərin dəstəklənməsinə sadiq qalır:

"Üzv dövlətlər və dəniz sənayesinin bütün iştirakçıları arasında əməkdaşlığın davam etdirilməsi belə faciələrin qarşısının alınması və dənizdə işləyənlərin müdafiəsinin gücləndirilməsi üçün mühüm əhəmiyyət kəsb edir".

Oxşar xəbərlər

İƏT-in Baş katibi Azərbaycana başsağlığı verib
Körfəz Əməkdaşlıq Şurasının Baş katibi: Bu ağır günlərdə Azərbaycan hökumətinin və xalqının yanındayıq
ICESCO-nun Baş direktoru Prezident İlham Əliyevə başsağlığı verib
Xorvatiyanın Baş naziri Əli Əsədova başsağlığı məktubu ünvanlayıb
Portuqaliya Prezidenti Azərbaycan dövlət başçısına başsağlığı verib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər