Azərbaycanın sərbəst güləş millilərində yeni məşqçi təyinatları olub » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
08 
in
2026
22:00
ff aaaaaaa

Azərbaycanın sərbəst güləş millilərində yeni məşqçi təyinatları olub

08 in, 2026
22:00
917

Azərbaycanın sərbəst güləş millilərində yeni məşqçi təyinatları olub

Sərbəst güləş üzrə aşağı yaş qrupları üzrə milli komandaların tərkibi yenidən formalaşıb.

Azərbaycan Güləş Federasiyasından "Sizinxeber.az"a verilən məlumata görə, Arif Abdullayev böyüklərdən ibarət milli komandanın məşqçilər heyətinə cəlb edilib.

U-20 milli komandasının böyük məşqçisi vəzifəsinə Əşrəf Əliyev təyin edilib. Rövşən Hacıyev və Nazim Əlicanovla yanaşı, Əsgərxan Novruzov da bu komandada köməkçi-məşqçi funksiyasını yerinə yetirəcək.

U-17 milli komandasının böyük məşqçisi vəzifəsi Hacı Əliyevə həvalə edilib. Məşqçilər heyətində Qırxlar Bədəlov, Allahverdi Vəliyev və Yaşar Əliyev də yer alıb.

U-15 milli komandasında böyük məşqçi vəzifəsini isə Emin Əzizov icra edəcək. Bu komandada digər məşqçilər Elşad Allahverdiyev və Əliabbas Rzazadə olacaq. Abil İbrahimov isə məşvərətçi-məşqçi statusu ilə milli komandaya dəstək verəcək.

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul