Hindistan 2 milyard dollarlıq yerli hərbi dronlar almağı planlaşdırır
sizinxeber.az xəbər saytı

Hindistan 2 milyard dollarlıq yerli hərbi dronlar almağı planlaşdırır


Hindistan bu il öz tarixində yerli istehsal olan hərbi dronlar üzrə dəyəri 2 milyard dollardan çox olan ən böyük sifarişi verə bilər.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, bunu Hindistan Dronlar Federasiyasının Prezidenti Smit Şah bildirib.

Onun sözlərinə görə, satınalma planları irəliləmiş mərhələdədir və tədarüklərin 18–24 ay ərzində həyata keçirilməsi gözlənilir. Yeni sifariş 30 milyard rupi (təxminən 313 milyon dollar) dəyərində qiymətləndirilən taktiki dronlar üzrə son dövlət müqavilələrinin dəyərini əhəmiyyətli dərəcədə üstələyəcək.

"Növbəti mərhələdə Hindistanda taktiki dronların satınalınması 200 milyard rupini və ya 2 milyard dolları aşa bilər", - S. Şah deyib.

O vurğulayıb ki, yeni sifarişlər təxirəsalınmaz əməliyyat ehtiyaclarını ödəmək üçün hazırlanmış sürətləndirilmiş satınalma proseduru ilə rəsmiləşdirilə bilər.

Özündə 550-dən çox şirkəti birləşdirən və hökumətlə sıx əməkdaşlıq edən sahə təşkilatının məlumatına görə, pilotsuz sistemlərə tələbatın artması davam edən qlobal və regional münaqişələrlə əlaqədardır.

Oxşar xəbərlər

Hindistan bu il 22 milyard dollarlıq qızıl alıb
Hindistanın neft idxalı xərcləri 20 milyard dollardan çox arta bilər
Hindistan Müdafiə Nazirliyi 17,3 milyard dollarlıq satınalınmanı təsdiqləyib
Tayvan və ABŞ 6,6 milyard dollarlıq silah alışı müqavilələri imzalayıblar
Polşa 2024-cü ildə yeni silahların alınmasına 40 milyard dollar xərcləyib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər