Ayxan Abbasov: "San Marino ilə görüşdə tam fərqli heyətlə çıxış edəcəyik"
Avstriyada təlim-məşq toplanışında olan futbol üzrə Azərbaycan millisi San Marino yığması ilə yoldaşlıq görüşündə tam fərqli heyətlə mübarizə aparacaq.
"Report" xəbər verir ki, bunu komandanın baş məşqçisi Ayxan Abbasov oyundan öncə mətbuat konfransında deyib.
O, təlim-məşq toplanışının gedişatı və komandanın hədəfləri barədə danışıb:
"Təlim-məşq toplanışı planlı şəkildə gedir. Bizim üçün nəticədən də vacib olanı futbolçuları iş başında görmək idi. Qarşıdan gələn Millətlər Liqası öncəsi bu çox önəmlidir. Bundan yaxşı fürsət ola bilməz. Malta ilə matçı əsasən hücumda keçirsək də, bu bizi qane etmir. Hücumları məntiqi sonluğa çatdırmaq lazımdır. Bəzi futbolçuların oyun praktikasının azlığını qeyd etməliyəm. İstək çox olsa da, oyun təcrübəsi az idi. Millətlər Liqasında uğurlu nəticə qazanmaq istəyiriksə, orada hər epizoddan yararlanmalıyıq. San Marino ilə görüşdə tam fərqli heyətlə çıxış edəcəyik. Sabah qalib gələcəyimizə inanırıq."
Xatırladaq ki, yığma toplanış çərçivəsində keçirdiyi ilk yoldaşlıq matçında Maltaya 0:2 hesabı ilə uduzub.
Oxşar xəbərlər
Ayxan Abbasov: "San-Marino ilə görüşdə tam fərqli heyətlə çıxış edəcəyik"
Azərbaycan millisi Malta və San Marino ilə yoldaşlıq oyunları keçirəcək
Ayxan Abbasov: "Hər iki yoldaşlıq görüşündə qələbə qazanmaq əsas hədəfdir"
Ayxan Abbasov: "Malta ilə oyunda 90 dəqiqə yüksək tempdə mübarizə izlədik"
Ayxan Abbasov: Malta ilə oyunda 90 dəqiqə yüksək tempdə mübarizə izlədik
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
SON DƏQİQƏ: Sosial şəbəkələrdə yaş qadağası!
-
SIPRI: Dünyanın 9 nüvə dövləti nüvə arsenalını sürətlə artırır
-
IATA-nın vitse-prezidenti: ABŞ dolları əsas təhlükəsiz sığınacaq statusunu itirir
-
İordaniyada hava həyəcanı siqnalları işə düşüb
-
Fransa döyüş əməliyyatlarının planlaşdırılması üçün ABŞ süni intellektinə alternativ hazırlayır
-
İmişli sakini Araz çayına düşərək boğulub
