BBC: "Meta"nın söhbət robotu "Instagram" hesablarını ələ keçirir
sizinxeber.az xəbər saytı

BBC: "Meta"nın söhbət robotu "Instagram" hesablarını ələ keçirir


Texnologiya şirkəti "Meta"nın inkişaf etdirdiyi süni intellekt söhbət robotu "Instagram"dakı hesabların ələ keçirilməsində istifadə edilib.

"Sizinxeber.az" BBC-yə istinadən xəbər verir ki, "Instagram" hazırda bu problemin aradan qaldırıldığını açıqlayıb.

Hesabların ələ keçrilməsi isə bu formada həyata keçirilib:

"Söhbət robotundan müəyyən bir hesabı yeni bir e-poçt ünvanı ilə əlaqələndirməsi istənilib. Süni intellektin yeni ünvana göndərdiyi təsdiqləmə kodu ilə hesabların şifrələri yenilənib. Bu müddətdə "Meta"nın təhlükəsizlik tədbirlərindən yayınmaq üçün VPN vasitəsilə məkanlar fərqli göstərilib və bir çox hesab ələ keçirilib".

Bu üsulla ələ keçirilən hesablar arasında ABŞ-nin keçmiş prezidenti Barak Obamanın prezidentlik dövründə istifadə etdiyi rəsmi "Instagram" səhifəsi də var.

"Meta"dan bildirilib ki, təhlükəsizlik boşluğunun fərqinə varıldıqdan sonra problem aradan qaldırılıb və təsirlənən hesabların bərpası üçün işlərə başlanılıb.

Oxşar xəbərlər

“Meta” Trampa 25 milyon dollar ödəyəcək
"WhatsApp"da yeni funksiya işə salınıb
META İranda yaradılan və Azərbaycan əleyhinə fəaliyyət göstərən 60 səhifəni silib
"Meta"nın sosial media platformalarında dəyişiklik ediləcək
“Meta” iranlı hakerlərin ABŞ rəsmilərinin hesablarını sındırmaq istədiklərini bəyan edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər