Giorgi Xaindrava: Ermənistan Azərbaycan və Gürcüstanla əməkdaşlıq qurmadan inkişaf edə bilməz
Ermənistanda keçirilən parlament seçkilərinin nəticəsindən asılı olmayaraq, Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması vacibdir.
Bunu "Sizinxeber.az"un Gürcüstan bürosuna açıqlamasında siyasi ekspert Giorgi Xaindrava bildirib.
Onun sözlərinə görə, regionda formalaşmış mövcud reallıqlar Ermənistan üçün sülhün alternativsiz olduğunu göstərir:
"Bugünkü reallıq ondan ibarətdir ki, Ermənistanda seçkilərin nəticəsindən asılı olmayaraq, Azərbaycan və Ermənistan arasında sülh sazişi imzalanmalıdır. Bu, ilk növbədə, Ermənistanın maraqlarına cavab verir. Çünki Ermənistan hazırda öz şərtlərini diktə edə biləcək mövqedə deyil".
G. Xaindrava hesab edir ki, regionun son illərdəki inkişafı və Azərbaycanın, eləcə də Gürcüstanın əldə etdiyi uğurlar Ermənistan üçün də mühüm nümunədir:
"Regionun inkişafı, Azərbaycan və Gürcüstanın nailiyyətləri göstərir ki, Ermənistanın marağında Cənubi Qafqazda davamlı və sabit sülhün təmin olunması dayanır. Bu, ölkənin inkişafı üçün vacib şərtdir".
Ekspertin fikrincə, Ermənistan qonşu ölkələrlə əməkdaşlıq etmədən tam iqtisadi inkişaf əldə edə bilməz.
"Ermənistan nə Azərbaycansız, nə də Gürcüstansız tam şəkildə inkişaf edə bilər. Xüsusilə də son dövrlərdə Ermənistanla Rusiya arasında münasibətlərdə yaranan gərginliyi nəzərə alsaq, bu məsələ daha da aktuallaşır", - Xaindrava qeyd edib.
Onun sözlərinə görə, mövcud şəraitdə Ermənistanın iqtisadi inkişafı və dövlətçiliyinin möhkəmlənməsi üçün ən real yol qonşu dövlətlərlə münasibətlərin normallaşdırılmasından keçir:
"Belə bir şəraitdə Ermənistanın iqtisadiyyatını, dövlətçiliyini və inkişafını təmin etməsinin yeganə yolu Azərbaycan və Gürcüstanla mehriban qonşuluq münasibətlərinin qurulmasıdır. Bu əməkdaşlıq həm regionun sabitliyinə, həm də Ermənistanın gələcək inkişafına xidmət edəcək".
Oxşar xəbərlər
Giorgi Xaindrava: İlham Əliyevin Paşinyana uzatdığı əl sülh əli kimi qəbul edilməlidir
Gürcü ekspert: Azərbaycan-Ermənistan təmaslarının intensivləşməsi region üçün mühüm əhəmiyyət daşıyır
Paşinyan: İrəvanla Bakı arasında sülh sazişi regionun digər ölkələri üçün faydalıdır
Şalva Papuaşvili: Azərbaycanla Ermənistan arasında sülh sazişinə gedən yol Gürcüstan üçün vacibdir
Xaçaturyan: Ermənistan Azərbaycanla sülh gündəliyini irəli aparacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
SON DƏQİQƏ: Sosial şəbəkələrdə yaş qadağası!
-
IATA-nın vitse-prezidenti: ABŞ dolları əsas təhlükəsiz sığınacaq statusunu itirir
-
SIPRI: Dünyanın 9 nüvə dövləti nüvə arsenalını sürətlə artırır
-
Fransa döyüş əməliyyatlarının planlaşdırılması üçün ABŞ süni intellektinə alternativ hazırlayır
-
Paşinyan: “Vətəndaş Müqaviləsi” partiyası seçkilərdə qalib gəlib
-
FIFA 2026 finalını yerində izləmək fürsəti sahibinə təqdim edildi – Birbank və Visa-nın kampaniyası yekunlaşdı
