Paşinyan Ermənistanda keçiriləcək parlament seçkilərində populyarlığa görə liderdir
sizinxeber.az xəbər saytı

Paşinyan Ermənistanda keçiriləcək parlament seçkilərində populyarlığa görə liderdir


Ermənistanın Baş naziri Nikol Paşinyan ölkədə keçiriləcək parlament seçkiləri ilə bağlı sosioloji sorğuların nəticələri üzrə liderdir.

"Report" xəbər verir ki, bu barədə Ermənistan KİV-i "Gallup International Association"a (GIA) istinadən məlumat yayıb.

Təşkilatın 1001 respondent arasında keçirdiyi sorğuya əsasən, seçicilərin 24,3 %-i parlament seçkilərində Nikol Paşinyanın rəhbərlik etdiyi hakim "Vətəndaş müqaviləsi" partiyasına səs verməyə hazırdır. Ermənistan KİV-in məlumatına görə, bu nəticə müsbət artım nümayiş etdirir.

Rusiyalı iş adamı Samvel Karapetyanın başçılıq etdiyi "Güclü Ermənistan" partiyasına respondentlərin 13,4 %-i, digər iş adamı Qaqik Sarukyanın rəhbərlik etdiyi "Çiçəklənən Ermənistan" partiyasına respondentlərin 7,9 %-i, ölkənin sabiq prezidenti Robert Koçaryanın rəhbəri olduğu "Ermənistan" blokuna isə respondentlərin 5,5 %-i səs verməyə hazırdır.

Rəyi soruşulanların 51,9 %-i qarşıdan gələn seçkilərdə iştirak etmək niyyətindədir.

Qeyd edək ki, Ermənistanda parlament seçkiləri iyunun 7-də keçiriləcək.

Oxşar xəbərlər

Paşinyanın partiyasının reytinqi minimal səviyyəyə düşüb
Sorğu: Respondentlərin 60 %-dən çoxu Paşinyandan narazıdır
Sorğu: Gürcüstan əhalisinin yarıdan çoxu parlament seçkilərində hakim partiyaya səs verəcək
Ermənistan vətəndaşlarının 36,4 %-i yeni parlament seçkilərinin keçirilməsini dəstəkləyib
Paşinyan: "Ermənistan Elektrik Şəbəkələri"nin milliləşdirilməsi layihəsi hazırdır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər