SEPAH Hörmüz boğazından Qırmızı dənizədək "təhlükəsizlik kəməri" yaratmaq istəyir » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
09 
in
2026
00:00
0
0
1 055
ff aaaaaaa

SEPAH Hörmüz boğazından Qırmızı dənizədək "təhlükəsizlik kəməri" yaratmaq istəyir

09 in, 2026
00:00
1 055

SEPAH Hörmüz boğazından Qırmızı dənizədək "təhlükəsizlik kəməri" yaratmaq istəyir

İranın Hörmüzdən Bab-əl-Məndəb boğazınadək və Fars körfəzindən Qırmızı dənizədək yeni "təhlükəsizlik kəməri"nin yaradılması planları açıqlanıb.

"Report" IRIB agentliyinə istinadən xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) "Əl-Qüds" qüvvələrinin komandanı İsmayıl Qaani bildirib.

"Qəhrəman Yəmən xalqının vaxtında və qətiyyətli addımları müqavimət cəbhəsinin zəkasını nümayiş etdirir. Zərurət yaranarsa, digərləri də gələcək", - o bildirib.

Qaani İranın müttəfiqlərini nəzərdə tutaraq sərhədlərin müdafiəsində Birləşmiş Müqavimət Cəbhəsinin bütün üzvlərinin iştirak edəcəyini bəyan edib.

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul